veten informasiya agentliyi

Toy mərasimində qanlı sonluq: çoxlu sayda yaralı var

Tarix:22-06-2026, 07:40
Baxış Sayı:46

Toy mərasimində qanlı sonluq: çoxlu sayda yaralı var

Türkiyənin Denizli vilayətində toy mərasimində havaya atəş açmaq istəyən 15 yaşlı şəxsin tüfəngdən açdığı atəş nəticəsində 11 nəfər yaralanıb.

Hadisə Çivril rayonunun Kıralan məhəlləsində baş verib.

Məlumata görə, yeniyetmə toy mərasimində ənənəvi olaraq havaya atəş açmaq istəyib. Lakin yerə dəyərək sıçrayan qırmalar ətrafda olan insanlara dəyib və nəticədə 11 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar xəstəxanaya çatdırılıblar. Onlardan ikisi əlavə müayinə və müalicə üçün Denizlidəki tibb müəssisələrinə göndərilib. Həkimlərin bildirdiyinə görə, zərərçəkənlərin həyatına təhlükə yoxdur.

Hüquq-mühafizə orqanlarının əməkdaşları yeniyetməni ifadə vermək üçün polis bölməsinə aparıblar.

Faktla bağlı araşdırma aparılır. (Oxu.az)

Qlobal su dövranı ilə bağlı həyəcan təbili: Antroposenin dərin pozulma dövrü başlayıb
Qlobal su dövranı ilə bağlı həyəcan təbili: Antroposenin dərin pozulma dövrü başlayıb
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanıldı
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanıldı
Dəm qazı yenə can aldı: Bir nəfər xilas edilib
Dəm qazı yenə can aldı: Bir nəfər xilas edilib
Afrikada ilk dəfə Ebolaya qarşı mRNT peyvəndinin sınağı başladı
Afrikada ilk dəfə Ebolaya qarşı mRNT peyvəndinin sınağı başladı
Parkda yatan azərbaycanlı həbs edildi, sonra Ukraynaya əsir düşdü
Parkda yatan azərbaycanlı həbs edildi, sonra Ukraynaya əsir düşdü
“AzerGold” Daşkəsəndə Tədris Mərkəzi yaratdı
“AzerGold” Daşkəsəndə Tədris Mərkəzi yaratdı
Kənd yumurtası kəskin bahalaşdı
Kənd yumurtası kəskin bahalaşdı
Aİ liderləri büdcə ilə bağlı razılığa gələ bilmədilər
Aİ liderləri büdcə ilə bağlı razılığa gələ bilmədilər