veten informasiya agentliyi

Daha bir UNO tədqiqatçısının MÜƏMMALI ÖLÜMÜ - "Səni elə basdıracaqlar ki..."

Tarix:20-04-2026, 09:01
Baxış Sayı:73

Daha bir UNO tədqiqatçısının MÜƏMMALI ÖLÜMÜ - "Səni elə basdıracaqlar ki..."

ABŞ-da antiqravitasiya texnologiyaları, kosmos və UNO (uçan naməlum obyekt) fenomenini araşdıran 34 yaşlı tədqiqatçı Emi Eskric müəmmalı şəkildə vəfat edib.
Bu barədə "Daily Mail" məlumat yayıb.
Bildirilib ki, Eskricin ölümü hələ dörd il əvvəl məlum olsa da, hazırda kosmik tədqiqatlarla əlaqəli şəxslərin ardıcıl ölümü və yoxa çıxması fonunda bu işə maraq yenidən artıb. Hadisə hətta ABŞ Konqresində də müzakirə olunub.
Tədqiqatçının odlu silah yarası almış cəsədi 11 iyun 2022-ci ildə Alabama ştatının Hantsvill şəhərində tapılıb. Polis və koronerlər ölümün səbəbini rəsmən açıqlamasalar da, müstəqil jurnalistlər və konqresmenlər sübutların zorakı ölümə işarə etdiyini iddia edirlər.
NASA-nın keçmiş mühəndisi olan atası ilə birlikdə Ekzotik Elmlər İnstitutunu təsis edən Eskric qravitasiyanı idarə etməyə imkan verən texnologiyaların aşkar edilməsi üzərində işlədiyini açıq şəkildə bəyan edirdi. O, həyatı üçün təhlükə hiss etdiyini dəfələrlə dilə gətirmişdi.
Eskric 2020-ci ildə qatıldığı bir podkastda "Əgər başını cəmiyyət içində dik tutsan, kimsə onun kəsildiyini görəcək. Amma bunu gizli etsən, səni elə basdıracaqlar və ya evini yandıracaqlar ki, bu heç xəbərlərə də düşməyəcək" demişdi.

Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu