veten informasiya agentliyi

Bəqayi: "Ciddi fikir ayrılıqları qalmaqdadır"

Tarix:12-04-2026, 13:52
Baxış Sayı:59

Bəqayi: "Ciddi fikir ayrılıqları qalmaqdadır"


İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi İslamabadda keçirilən İran-ABŞ danışıqlarının yekunları barədə geniş bəyanatla çıxış edib.
Bəqayi bu raundun son bir il ərzində tərəflər arasında baş tutan ən uzunmüddətli və intensiv müzakirə olduğunu vurğulayıb.
Sözçü bildirib ki, Pakistanın vasitəçiliyi ilə keçirilən dolayı danışıqlar fasiləsiz olaraq təxminən 24-25 saat davam edib: "Bu müddət ərzində tərəflər arasında həm bizim təqdim etdiyimiz 10 bəndlik təkliflər paketi, həm də qarşı tərəfin qaldırdığı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb".
İsmayıl Bəqayi danışıqların nəticələrini belə şərh edib:
"Bəzi sahələrdə tərəflər arasında müəyyən anlaşmalar əldə edilib. Lakin Hörmüz boğazı və regional təhlükəsizlik kimi 2-3 mühüm və strateji mövzuda mövqelər hələ də bir-birindən uzaqdır və ciddi fikir ayrılıqları qalmaqdadır".
XİN rəsmisi danışıqların olduqca mürəkkəb bir şəraitdə keçdiyini qeyd edib:
"Müzakirələr 40 günlük müharibə və bir neçə günlük atəşkəsdən sonra baş tutub. Proses sadəcə etimadsızlıq deyil, kəskin şübhə və bədgümanlıq mühitində cərəyan edib. Xüsusilə son 9 ayda ABŞ və İsrail rejiminin İrana qarşı iki dəfə hərbi təcavüzə yol verməsi fonunda belə bir mühitin olması təbiidir".
Bəqayi vurğulayıb ki, diplomatiya həm müharibə, həm də sülh dövründə milli maraqların qorunması üçün əvəzolunmaz alətdir və bu istiqamətdə işlər davam edəcək. O, həmçinin müzakirələrin təşkilinə və qonaqpərvərliyə görə Pakistan hökumətinə, o cümlədən Baş nazir Şahbaz Şərifə və ordu rəhbərliyinə təşəkkürünü bildirib.

Qlobal su dövranı ilə bağlı həyəcan təbili: Antroposenin dərin pozulma dövrü başlayıb
Qlobal su dövranı ilə bağlı həyəcan təbili: Antroposenin dərin pozulma dövrü başlayıb
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanıldı
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanıldı
Dəm qazı yenə can aldı: Bir nəfər xilas edilib
Dəm qazı yenə can aldı: Bir nəfər xilas edilib
Afrikada ilk dəfə Ebolaya qarşı mRNT peyvəndinin sınağı başladı
Afrikada ilk dəfə Ebolaya qarşı mRNT peyvəndinin sınağı başladı
Parkda yatan azərbaycanlı həbs edildi, sonra Ukraynaya əsir düşdü
Parkda yatan azərbaycanlı həbs edildi, sonra Ukraynaya əsir düşdü
“AzerGold” Daşkəsəndə Tədris Mərkəzi yaratdı
“AzerGold” Daşkəsəndə Tədris Mərkəzi yaratdı
Kənd yumurtası kəskin bahalaşdı
Kənd yumurtası kəskin bahalaşdı
Aİ liderləri büdcə ilə bağlı razılığa gələ bilmədilər
Aİ liderləri büdcə ilə bağlı razılığa gələ bilmədilər