veten informasiya agentliyi

Gözümüzə baxıb xəstəliyimizi tapacaqlar - Tibbdə yeni era

Tarix:27-10-2025, 10:22
Baxış Sayı:100

 Gözümüzə baxıb xəstəliyimizi tapacaqlar - Tibbdə yeni era

Alimlər gözün tor qişasındakı kiçik damarların vəziyyəti ilə bioloji yaşlanma sürətini müəyyən etməyin mümkün olduğunu bildiriblər.

Bu nəticəyə Kanada McMaster Universiteti və Xalq Sağlamlığı Tədqiqat İnstitutu (PHRI) əməkdaşları gəlib.

Tədqiqatın nəticələri Science Advances (SciAdv) jurnalında dərc olunub.

Alimlər 74 mindən çox iştirakçının məlumatlarını təhlil ediblər. Bu məlumatlar arasında Kanadanın uzunmüddətli yaşlanma araşdırması, diabet genetikasına dair GoDARTS layihəsi, Böyük Britaniya biobankı və beynəlxalq PURE araşdırması var idi. Tədqiqatda gözün tor qişasının skan nəticələri istifadə olunub.

Nəticələr göstərib ki, sadə və az budaqlanan damar strukturu olan insanlarda ürək-damar xəstəlikləri daha çox rast gəlinir. Bu xüsusiyyət həmçinin yüksək iltihab səviyyəsi və daha qısa gözlənilən ömürlə bağlıdır.

Hazırda infarkt, insult və ya demensiya riskini qiymətləndirmək üçün bir sıra müayinələr aparmaq lazımdır. Lakin tədqiqatçılar ümid edirlər ki, gələcəkdə sadəcə gözün skanı ilə damarların vəziyyətini və bioloji yaşını tez və ucuz şəkildə müəyyən etmək mümkün olacaq. Metod hələ əlavə yoxlama və klinik sınaqlar tələb edir.

Tədqiqatın vacib hissəsi iştirakçıların qan biomarkerləri və genetik xüsusiyyətlərinin təhlili olub. Bu, alimlərə damar strukturu və sağlamlıq arasında əlaqəni müəyyən etməyə və yaşlanma prosesində iştirak edən zülalları aşkar etməyə imkan verib.

Xüsusilə MMP12 və IgG-Fc-reseptor IIb zülalları diqqəti çəkib. Bu zülallar iltihab və damar zədələnməsinə təsir göstərir. Alimlərin fikrincə, bu molekullar yeni dərmanların hədəfi ola bilər və damarların yaşlanmasını ləngidərək ürək xəstəlikləri riskini azalda bilər.

Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu