veten informasiya agentliyi

Rəsmi iş yeri olmayanlar necə ev ala bilərlər? - Bu qayda ilə...

Tarix:27-04-2025, 21:52
Baxış Sayı:169

Rəsmi iş yeri olmayanlar necə ev ala bilərlər? - Bu qayda ilə...

Bu gün müzakirə olunan məsələlərdən biri də evi olmayan vətəndaşların mənzil əldə etməsi ilə bağlıdır. Belə ki, ev sahibi olmaq istəyənləri düşündürən suallar var: ipoteka ilə ev almaq daha sərfəlidir, yoxsa istehlak krediti ilə? Bildirilir ki, ipoteka daha uzunmüddətli və aşağı faizli olsa da, müraciət və sənədləşmə prosedurları əksər hallarda çətindir. Rəsmiyyət məsələsi və sair var, istehlak krediti isə baha başa gəlir.

Vətəndaş üçün çıxış yolu nədir? Şəxsin rəsmi gəliri yoxdursa, ipoteka və ya alternativ ev alma yolları hansılardır?

Iqtisadçı Emin Qəriblinin sözlərinə görə, elə istehlak kreditləri var ki, ipotekadan daha sərfəlidir.

O deyib ki, bəzən banklar pul verən zaman müəyyən güzəştlər tətbiq edirlər:

"İnsanlar daha çox güzəştli kreditə müraciət edirlər. Digər tərəfdən isə bəzən elə olur ki, vətəndaşlar ipoteka krediti üçün sənəd toplayan zaman əziyyətlə qarşılaşırlar. Nəticədə də istehlak kreditinə üz tuturlar ki, sənədləşmə işinə vaxt sərf etməkdənsə bundan yararlanaq. Orda faiz də çox olmur. Amma bu gün sosial ipoteka da var. Verilişlərin birində bank işçisi dedi ki, bəzi banklarda xüsusi proqramlar üzrə istehlak və ipoteka kreditləri sosialdan da sərfəli olur. Nəyin məsləhətli olub-olmaması isə vəziyyətə görə dəyişir".

İqtisadçının dediklərinə görə, rəsmi gəlir olmadan da ev əldə etmək mümkündür:

"Əslində, rəsmi gəlir olmadan ev almaq olur. Onlar elə istehlak kreditdən istifadə edirlər. Lakin istehlak da ev almaq istəyən şəxsə şərt qoyur. Gəlir mütləq yaxşı olmalıdır və s. İstehlak krediti o boyda məbləği elə-belə vermir axı. Gəlirlər mütləq yoxlanır".

İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
"Sürətlə artan urbanizasiya qlobal problemə çevrilir" - BMT
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
"Qızıl Top"un verilməsi qaydasında mühüm dəyişiklik oldu
ABŞ Rza Zərrab barədə qərar verdi
ABŞ Rza Zərrab barədə qərar verdi
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
İranda dəmir yolu qovşağına da zərbələr endirildi
İranda dəmir yolu qovşağına da zərbələr endirildi