veten informasiya agentliyi

Vyetnam Ticarət və Turizm Kollecinin rektoru ATMU-da

Tarix:26-07-2024, 20:46
Baxış Sayı:333

Vyetnam Ticarət və Turizm Kollecinin rektoru ATMU-da
Vyetnam Ticarət və Turizm Kollecinin rektoru ATMU-da
Azərbaycanda keçirilən “Vyetnam günləri” çərçivəsində ölkəmizə səfər edən Vyetnam Hanoi Ticarət və Turizm Kollecinin rektoru Trinh Thi Thu Ha və Hanoi Aşbazlar Assosiasiyasının direktoru Nguyen Xuan Quynh Azərbaycan Turizm və Menecment Universitetində qonaq olublar.
...... xəbər verir ki, ATMU–nun rektoru İlham Mədətov qonaqları universitetdə salamlamaqdan məmnunluğunu bildirib. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkələrimiz arasında qurulan dostluq əlaqələrinin tarixindən, Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyət coğrafiyasının üstünlüklərindən, Vyetnam Sosialist Respublikasının tələbatına uyğun minlərlə elmi işçi, xüsusilə neft sənayesi, investisiya və energetika sahəsi üçün yüksək ixtisaslı mütəxəssis hazırlığı missiyasının uğurlu təşkilindən danışıb. İ.Mədətov söhbət əsnasında ölkəmizdə turizm sahəsi üzrə peşəkar və güclü kadr potensialının formalaşdırılması tələbini hədəfləyən dövlət ali təhsil müəssisəsi ATMU-nun inkişaf strategiyasında beynəlxalq əlaqələrin daha da genişləndirilməsi istiqamətini önəmli fakt kimi dəyərləndirib.
Öz növbəsində Hanoi Ticarət və Turizm Kollecinin rektoru Trinh Thi Thu Ha səmimi qarşılanmaya görə universitet kollektivinə təşəkkür edib.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Azərbaycan ilə Vyetnam Sosialist Respublikası arasında mövcud əməkdaşlıq əlaqələrinin inkişafı və genişləndirilməsi müstəvisində təhsil, elm, turizim, sahələrinin xüsusi önəm daşıdığı qeyd olunub.
Görüş iki təhsil qurumu arasında mümkün əməkdaşlıq imkanlarının müzakirəsi və Hanoi Ticarət və Turizm Kollecinin tanıtım təqdimatı ilə başa çatıb.

Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin rəsmi açıqlaması
Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin rəsmi açıqlaması
Yasamal rayonunun bəzi ərazilərində işıq kəsiləcək
Yasamal rayonunun bəzi ərazilərində işıq kəsiləcək
"Titanik"in çəkilişində aktyorları narkotiklə zəhərləyiblər
İTV 2030-cu il dünya çempionatını da yayımlayacaq
İTV 2030-cu il dünya çempionatını da yayımlayacaq
Paşinyan Ermənistanı çırpınan quşa bənzədərək ermənilərə MESAJ VERDİ
Paşinyan Ermənistanı çırpınan quşa bənzədərək ermənilərə MESAJ VERDİ
"Euronews" İlham Əliyevin Almaniya səfərindən yazd
Təbriz yaxınlığında partlayışlar baş verir
Təbriz yaxınlığında partlayışlar baş verir
Bu gün hava necə olacaq - Proqnoz
Bu gün hava necə olacaq - Proqnoz