veten informasiya agentliyi

DƏHŞƏT: Bakıda 17 yaşlı oğlanı 7 dəfə səhv əməliyyat etdilər

Tarix:16-11-2017, 11:39
Baxış Sayı:706

DƏHŞƏT: Bakıda 17 yaşlı oğlanı 7 dəfə səhv əməliyyat etdilər













Bakıda daha bir şəxs həkimlərin səhvinin qurbanı olub. Belə ki, o, düz 7 dəfə əməliyyat olunub. Əməliyyatların hamısı da səhv aparılıb. Sonradan xəstənin ailəsi tanınmış uşaq cərrahı, uroloq Fuad Hüseynova müraciət edib. 17 yaşlı oğlanın problemi cinsiyyət orqanının qüsuru, sidiyə normal getməmə və sidik kisəsindən tüklərin çıxması ilə bağlı olub.

Fuad Hüseynov Ailem.az-a bildirib ki, hipospadiyanın – anadangəlmə “peyğəmbər sünnəti”nin ən ağır forması ilə doğulmuş uşaq bu yaşına kimi 7 dəfə əməliyyat keçirib: “Sonradan məlum olub ki, əməliyyatların hamısı səhv aparılıb. Uğursuz əməliyyatların nəticəsi dəhşətlidir. Cinsiyyət orqanında ciddi qüsurlar, sidik kanalının tüklərlə dolması, xayaların ortasına açılan dəlikdən oturaraq sidiyə getməsi. Xəstəni müayinə edib, əməliyyata aldıq. Əməliyyat zamanı məlum oldu ki, əvvəlki əməliyyatda başqa cərrah tüklü dəri hissədən sidik kanalı tikib. Əslində isə sünnət dərisinin arxa hissəsindən- selikli qişasından istifadə olunmalı idi. Sidik kanalına uyğun olmayan dəri köçürdülüb və ortaya bərbad vəziyyət çıxıb. Bu xəstədə sünnət dərisi qalmadığı üçün biz məcbur olub ağız boşluğunun selikli qişasından bir hissə köçürdük. Köçürdüyümüz dərinin tutma ehtimalı az olsa da, pasiyentin şansı var imiş. Dəri özünü tutdu və 6 ay sonra ikinci mərhələ əməliyyat həyata keçirərək, digər qüsurlar düzəldiləcək”.

Həkimin sözlərinə görə, ilk əməliyyatlar uğurlu olsaydı, bu qədər fiziki və psixoloji problem yaranmazdı: “Hətta heç əməliyyat etməsəydilər, daha yaxşı olardı. Əgər xəstənin problemi bu əməliyyatla həll olunmasaydı, ömür boyu oturaraq sidiyə gedəcəkdi, gələcəkdə cinsi əlaqəyə girməyi mümkün olmayacaqdı. Bunun nəticəsi isə sonsuzluqdur”.

Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
Maşın bazarında durğunluq: Qiymətlər isə...
Maşın bazarında durğunluq: Qiymətlər isə...
Oktyabrda gözlənilməz isti: Temperatur rekord qırdı, sabah isə...
Oktyabrda gözlənilməz isti: Temperatur rekord qırdı, sabah isə...
Bu şəxslərə benzin və dizel pulsuzdur
Bu şəxslərə benzin və dizel pulsuzdur
Rusiyadan Yaponiyaya sərt xəbərdarlıq: Törətdiklərinizi unutmayın
Rusiyadan Yaponiyaya sərt xəbərdarlıq: Törətdiklərinizi unutmayın
Makronun çətin sınağı: Radikal sağ və sol yaxınlaşdı, "sarı jiletlilər" küçələrə çıxır
Makronun çətin sınağı: Radikal sağ və sol yaxınlaşdı, "sarı jiletlilər" küçələrə çıxır
997 hektar ərazi minalardan təmizləndi
997 hektar ərazi minalardan təmizləndi
Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama