veten informasiya agentliyi

KÜLƏK SƏNGİYİR, BƏS QIŞ NECƏ KEÇƏCƏK? - Dekabrın hava proqnozu açıqlandı

Tarix:Bu gün, 16:45
Baxış Sayı:2



Azərbaycanda müşahidə olunan güclü külək hava şəraitinə və gündəlik həyata təsirsiz ötüşməyə bilər. Milli Hidrometeorologiya Xidməti küləyin sürətinin təhlükəli həddə çatacağı ilə bağlı sarı və narıncı xəbərdarlıqlar edib, bəzi ərazilərdə mümkün fəsadlara diqqət çəkib.

Bəs güclü külək nə vaxta qədər davam edəcək, sürətin normallaşması nə vaxt gözlənilir? Qarşıdan gələn dekabr ayında Azərbaycanda hava şəraiti necə olacaq, qış mövsümü bu il sərt keçəcəkmi?

Mövzu ilə bağlı "AzPolitika"ya danışan iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov bildirib ki, hazırda Bakıda və Abşeron yarımadasında müşahidə olunan güclü küləklərin çərşənbə günü gecə saatlarına doğru səngiyəcəyi gözlənilir: "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gün ərzində Abşeron yarımadasında və bölgələrdə 20,8-28,4 m/san-dək güclənən cənub-qərb küləyi axşama doğru səngiyərək mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Sabah, noyabrın 25-də paytaxtda və yarımadada əsasən mülayim şimal-qərb küləyi əsəcək və havanın temperaturu gündüz 15-18 dərəcə isti olacaq, arabir yağıntılı hava şəraiti müşahidə ediləcək. Bu hadisə Xəzər hövzəsi üzərindən keçən siklonun və onunla əlaqəli cəbhə xəttinin yaratdığı kəskin atmosfer təzyiqi qradiyenti ilə bağlıdır. Axşam saat 20:00 radələrində cəbhə xəttinin keçməsi ilə küləyin istiqaməti dəyişərək cənub-qərbdən qərb və şimal-qərb istiqamətlərinə yönələcək".

Ekspert qeyd edib ki, dekabr üçün ümumi hava proqnozuna gəldikdə isə, rəsmi aylıq icmal adətən noyabrın son günlərində dərc olunur: "Lakin mövsümi iqlim göstəricilərinə və ilkin proqnozlara əsasən, dekabr ayında ölkə üzrə orta aylıq temperaturun əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər yüksək olacağı ehtimal edilir. Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 7-9 dərəcə isti, gündüzlər 8-13 dərəcə, soyuq günlərdə 3-7 dərəcə isti, gecələr isə 2-6 dərəcə isti olacağı, ayın sonunda bəzi günlərdə 0 dərəcəyədək enəcəyi proqnozlaşdırılır".

İmtahan sistemi ilə bağlı yeni təklif: 2-3 fənn kifayət etsin
İmtahan sistemi ilə bağlı yeni təklif: 2-3 fənn kifayət etsin
Ayın 30-da intensiv qar yağacaq - Proqnoz
Ayın 30-da intensiv qar yağacaq - Proqnoz
Muslera karyerasını başa vurdu
Muslera karyerasını başa vurdu
Türkiyədə Atatürkün büstünü oğurladılar
Türkiyədə Atatürkün büstünü oğurladılar
Bu yollarla ikiqat sürətli arıqlamaq mümkündür
Bu yollarla ikiqat sürətli arıqlamaq mümkündür
Tuna balığı alarkən iki dəfə düşünün
Tuna balığı alarkən iki dəfə düşünün
Xəzərin suyunun duzsuzlaşdırılması üçün zavod hansı şəhərdə tikiləcək? - Detallar
Xəzərin suyunun duzsuzlaşdırılması üçün zavod hansı şəhərdə tikiləcək? - Detallar
KÜLƏK SƏNGİYİR, BƏS QIŞ NECƏ KEÇƏCƏK? - Dekabrın hava proqnozu açıqlandı
KÜLƏK SƏNGİYİR, BƏS QIŞ NECƏ KEÇƏCƏK? - Dekabrın hava proqnozu açıqlandı