veten informasiya agentliyi

Bakıya nə zaman qar yağacaq? - açıqlama

Tarix:Bu gün, 10:05
Baxış Sayı:0



Son günlər Azərbaycanın bir sıra bölgələrində qar yağması, havanın temperaturunun aşağı düşməsi qış fəslinin gəlişini xatırladır. Bölgələrdə müşahidə olunan bu hava şəraiti paytaxt Bakıda da qar yağıb-yağmayacağı ilə bağlı marağı artırıb.

Yaxın günlərdə Bakıda qar gözlənilirmi?

Biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev noyabr ayında bir çox dağlıq ərazilərdə qar yağması xarakterik haldır deyib.

"Azərbaycanın, xüsusilə də Yan silsilə və Baş Qafqaz sıra dağlarının ərazilərində sentyabrın ortalarından, hətta bəzən avqustun sonlarından qar yağması müşahidə olunur. Buna görə də hazırkı hava şəraitində qeyri-adi heç nə yoxdur.

Hazırda Azərbaycan ərazisində yüksək atmosfer təzyiqinin müşahidə olunması antisiklon təsirinə işarədir. Bununla yanaşı, atmosferdə tez-tez müşahidə olunan siklon və antisiklonların təsiri, eləcə də Azərbaycana daxil olan arktik hava kütlələri havanın temperaturunun aşağı düşməsinə səbəb olur".

Ekspert bildirib ki, hazırkı soyuq hava şəraitinə və dağlıq ərazilərdə qar yağmasına baxmayaraq, yaxın günlərdə Bakıda qar gözlənilmir:

"Hərçənd bəzi illərdə, məsələn, 2012-ci il yanvarın 1-də Bakıya qar yağıb. Yenə deyirəm, burada qeyri-adi, fövqəladə təbii hadisə yoxdur. Xüsusilə nəzərə alaq ki, bütün dünya iqlim təlatümlərinin yaşandığı bir dövrdən keçir. Əhalinin təşvişə düşməsi üçün heç bir əsas yoxdur. Görürsünüz, bu gün gün çıxıb. İndi nə deyək, yaydır, yay gəldi? Payızın şıltaqlıqları hələ təxminən bir ay yarım davam edəcək".

Paytaxtın tıxac probleminə çarə olacaq yol tikilir - ŞAD XƏBƏR
Paytaxtın tıxac probleminə çarə olacaq yol tikilir - ŞAD XƏBƏR
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
Azərbaycan məscidinə erməni şairin adı verildi
Azərbaycan məscidinə erməni şairin adı verildi
Bakıya nə zaman qar yağacaq? - açıqlama
Bakıya nə zaman qar yağacaq? - açıqlama
Süni intellekt tarixin ən qanlı insanlarını açıqladı: Hitler ilk üçlükdə yoxdur
Süni intellekt tarixin ən qanlı insanlarını açıqladı: Hitler ilk üçlükdə yoxdur
Əməkhaqqı və pensiyalarla bağlı yenilik
Əməkhaqqı və pensiyalarla bağlı yenilik
Dollar almaq istəyənlərin diqqətinə
Dollar almaq istəyənlərin diqqətinə
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR