![]()
Latviya və Litvada Belarusla sərhəd bölgələrində yaşayan sakinlər hava məkanına yönələn təhlükə səbəbindən sığınacaqlara göndərilib.
Bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, Latviya ordusu Belarusla sərhəddə yerləşən Ludza bölgəsinin sakinlərinə sığınacaqlara getmək barədə çağırış edib.
Litvanın Milli Böhranların İdarə Edilməsi Mərkəzi isə ölkənin ikinci böyük şəhəri Kaunasda və ətraf ərazilərdə əhalini sığınacaqlara enməyə çağırıb.
Mərkəzin məlumatına görə, Baltikyanı ölkələrin hava məkanının müdafiəsini həyata keçirən NATO qırıcı təyyarələri Belarusdan Baltikyanı ölkələr istiqamətində hərəkət edən naməlum obyektə qarşı müdaxilə etmək üçün havaya qalxıb.