Ağ Evin aparat rəhbərinin müavini Riçard Uolters rəhbəri Syüzi Uaylsın vəzifəsindən ayrılmasından və onun yerinə ABŞ Prezidenti Donald Trampın əsas müşaviri Stiven Millerin təyin olunmasından qısa müddət sonra istefa verdiyini açıqlayıb.
Bu barədə "Axios" portalı Uoltersin öz bəyanatına istinadən məlumat yayıb.
Noyabrın 6-da ABŞ Prezidenti Ağ Evin aparat rəhbərinin müavini və özünün əsas müşaviri Stiven Millerin noyabrın 9-dan etibarən Ağ Evin aparat rəhbəri vəzifəsinə təyin olunduğunu elan edib.
“Prezident Trampın yanında xidmət etmək həyatımın ən böyük şərəfi olub. Bu imkana görə Syüzi Uaylsa hər zaman minnətdar olacağam”, – deyə Uolters bildirib.
Nəşrin mənbəsinin məlumatına görə, o, noyabrın 6-da istefa ərizəsini təqdim edib. Miller qeyd edib ki, Uolters bundan sonra Trampın siyasətinin həyata keçirilməsinə kənardan kömək edəcək.
Portal xatırladıb ki, Uolters vəzifəsinin icrasına may ayında başlayıb. Onu Uaylsla uzun illərə söykənən yaxın münasibətlər bağlayırdı.