veten informasiya agentliyi

Azərbaycan Prezidenti: Ermənistanın etirafına görə, onların ordusunda 12 minə yaxın fərari oldu

Tarix:Dünən, 14:52
Baxış Sayı:3



Döyüş meydanında kimin kim olduğunu hər kəs əyani şəkildə gördü.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidən xalqa müraciətində deyilir.

Dövlət başçısı bildirib ki, Ermənistan tərəfi o qədər azğınlaşmışdı ki, hətta Azərbaycanı daim hədələyirdi:

"Yeni ərazilər uğrunda yeni müharibə ilə hədələyirdi, "Qarabağ Ermənistandır və nöqtə" sözləri ilə bizim ləyaqətimizi alçaltmağa çalışırdı. Biz isə buna döyüş meydanında cavab verdik və döyüş meydanında kimin kim olduğunu hər kəs əyani şəkildə gördü. Bir nəfər belə olsun Azərbaycan Ordusundan qaçan, fərarilik edən olmayıb. Halbuki Ermənistan rəhbərliyinin etirafına görə, Ermənistan ordusunda 12 minə yaxın fərari olmuşdur. Bax, fərq bundan ibarətdir. Azərbaycan döyüş meydanında tam üstünlüyü təmin edərək 8 noyabr günündə - Zəfər bayramını qeyd etdiyimiz gündə Şuşanın azad edilməsi faktiki olaraq İkinci Qarabağ müharibəsinin taleyini həll etdi. Ondan bir gün sonra - noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktına imza atdı.

"O vaxt Ermənistan rəhbərliyinin yersiz açıqlamalarına biz də açıqlamalar vermişdik. Mən bildirmişdim ki, "Qarabağ Azərbaycandır və nida". O nida işarəsini biz 2023-cü il sentyabrın 20-də bax, burada - Xankəndidə qoyduq. Birgünlük antiterror əməliyyatı Ermənistanın işğalçı ordusunun 15 minlik işğalçı korpusunu tamamilə iflic vəziyyətə salmışdır, çox dəqiq və peşəkarcasına aparılmış hərbi əməliyyat nəticəsində Ermənistan məcburən ikinci dəfə təslim olmuşdur".

“Tramp marşrutu”nda yeni gediş: İrəvan detalları açıqladı
“Tramp marşrutu”nda yeni gediş: İrəvan detalları açıqladı
Polşa mətbuatı Mahir Emrelinin çıxışını yüksək qiymətləndirdi
Polşa mətbuatı Mahir Emrelinin çıxışını yüksək qiymətləndirdi
Pensiya alanların nəzərinə!
Pensiya alanların nəzərinə!
Fransa Türkiyəni məlumatlandırdı: Afinanın “Aralıq dənizi” tezisi sarsılır
Fransa Türkiyəni məlumatlandırdı: Afinanın “Aralıq dənizi” tezisi sarsılır
UEFA Fransanı corab qaydalarına görə cərimələdi
UEFA Fransanı corab qaydalarına görə cərimələdi
Saç tökülməsinin səbəbi ciddi xəstəliklər ola bilər - Trixoloqdan XƏBƏRDARLIQ
Saç tökülməsinin səbəbi ciddi xəstəliklər ola bilər - Trixoloqdan XƏBƏRDARLIQ
İş adamı Səfər Əlirzayev 8 noyabr Zəfər Günündə Şəhidlərimizin məzarlarını ziyarət edib
İş adamı Səfər Əlirzayev 8 noyabr Zəfər Günündə Şəhidlərimizin məzarlarını  ziyarət edib
Bayraq Günümüzə sözardı..
Bayraq Günümüzə sözardı..