![]()
8 noyabr 2026-cı il — Zəfər Günündə qazilərimizlə birlikdə Naxçıvan şəhərində, Babək və Culfa rayonlarında yerləşən bir sıra şəhid məzarlarını ziyarət etdik, şəhid ailələri ilə görüşdük.
44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərimizin qəhrəmanları olan şəhidlərimizin xatirəsini yad etmək, onların fədakarlığını ehtiramla anmaq hər birimizin mənəvi borcudur. Bu şanlı Zəfər xalqımızın birliyinin, qəhrəmanlığının və Vətən sevgisinin təntənəsidir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad, məkanları cənnət olsun. Qazilərimizə möhkəm cansağlığı arzulayırıq.
Zəfərimiz mübarək, Azərbaycan! Şəhidlər ölməz, Vətən bölünməz!![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()