veten informasiya agentliyi

Media və Yayım Şurası jurnalistlərə qarşı zorakılığı qınadı

Tarix:Bu gün, 15:26
Baxış Sayı:0



Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyətin ictimai əhəmiyyətli hadisələr barədə məlumat almaq hüququna müdaxilədir.

Bu fikirlər Azərbaycan Respublikası Media və Yayım Şurasının bəyanatındə yer alıb.

Qeyd olunur ki, "Media haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsi, onlara təzyiq göstərilməsi və təqib olunması yolverilməzdir:

"Azərbaycan Respublikası Media və Yayım Şurası jurnalistlərə qarşı zorakılıq və onların qanuni peşə fəaliyyətinə maneə yaradılması hallarını qətiyyətlə qınayır, baş vermiş hadisələrin operativ, hərtərəfli və obyektiv araşdırılacağına əminliyini ifadə edir, hər kəsi media nümayəndələrinin qanuni fəaliyyətinə hörmətlə yanaşmağa və onların peşə vəzifələrini təhlükəsiz, sərbəst və maneəsiz yerinə yetirmək hüququna riayət etməyə çağırır".

Media və Yayım Şurası jurnalistlərə qarşı zorakılığı qınadı
Media və Yayım Şurası jurnalistlərə qarşı zorakılığı qınadı
Azərbaycan daha bir dünya çempionatına ev sahibliyi edəcək
Azərbaycan daha bir dünya çempionatına ev sahibliyi edəcək
Sabahın hava proqnozu açıqlandı
Sabahın hava proqnozu açıqlandı
Fransada etirazlar səngiməyəcək: Makron rejiminin rəqibləri nə vəd edirlər?
Fransada etirazlar səngiməyəcək: Makron rejiminin rəqibləri nə vəd edirlər?
Rusiyalı zənginlər 28 milyard dollardan çox itirdilər - Siyahıda kimlər var?
Rusiyalı zənginlər 28 milyard dollardan çox itirdilər - Siyahıda kimlər var?
Qətər tankeri vuruldu
Qətər tankeri vuruldu
Tənhalıq sadəcə psixoloji hal deyilmiş: Orqanizmə vurduğu ağır zərbələr
Tənhalıq sadəcə psixoloji hal deyilmiş: Orqanizmə vurduğu ağır zərbələr
Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi
Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi