veten informasiya agentliyi

Azərbaycan daha bir dünya çempionatına ev sahibliyi edəcək

Tarix:1-11-2026, 15:26
Baxış Sayı:1



Noyabrın 2-dən 8-dək Bakıda yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı keçiriləcək.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək dünya çempionatında 20-dən artıq ölkədən 400 nəfərdən çox iştirakçı gözlənilir.

Azərbaycan İdman Akademiyasının stadionunda keçiriləcək yarış yanğın və xilasetmə idmanının inkişafı, bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, müxtəlif ölkələrin idmançıları arasında təcrübə mübadiləsinin aparılması baxımından mühüm əhəmiyyət daşıyır.

Noyabrın 8-dək davam edəcək çempionatda idmançılar dörd növ üzrə qüvvələrini sınayacaqlar: hücum nərdivanı ilə tədris qülləsinin 2-ci və 4-cü mərtəbələrinə qalxma, 100 metr məsafəyə maneəli qaçış, 4×100 metr məsafəyə yanğın estafeti və döyüş açılışı.

İştirakçılar yarışlarda sürət, çeviklik, fiziki hazırlıq və peşəkar bacarıqlarını nümayiş etdirərək dünya çempionu adı uğrunda mübarizə aparacaqlar.

Dünya çempionatı çərçivəsində bir sıra ölkələrin uyğun qurumlarının və müvafiq beynəxalq təşkilatların rəhbər vəzifəli şəxslərinin ölkəmizə səfərləri də nəzərdə tutulub.

Konstitusiyamız – dövlətçiliyimizin əsasıdır
Konstitusiyamız – dövlətçiliyimizin əsasıdır
Paytaxtın tıxac probleminə çarə olacaq yol tikilir - ŞAD XƏBƏR
Paytaxtın tıxac probleminə çarə olacaq yol tikilir - ŞAD XƏBƏR
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
Azərbaycan məscidinə erməni şairin adı verildi
Azərbaycan məscidinə erməni şairin adı verildi
Bakıya nə zaman qar yağacaq? - açıqlama
Bakıya nə zaman qar yağacaq? - açıqlama
Süni intellekt tarixin ən qanlı insanlarını açıqladı: Hitler ilk üçlükdə yoxdur
Süni intellekt tarixin ən qanlı insanlarını açıqladı: Hitler ilk üçlükdə yoxdur
Əməkhaqqı və pensiyalarla bağlı yenilik
Əməkhaqqı və pensiyalarla bağlı yenilik
Dollar almaq istəyənlərin diqqətinə
Dollar almaq istəyənlərin diqqətinə