veten informasiya agentliyi

Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?

Tarix:30-10-2026, 15:58
Baxış Sayı:3



Fələstin prezidenti Mahmud Abbasın yunan Kiprinə səfəri türk Kiprində etirazla, Azərbaycanda maraqla qarşılanıb. Abbasın Nikosiya ziyarəti təsadüfi deyil: Fələstin administrasiyası yunanların İsraillə yaxın münasibətlərindən bölgədə sabitliyin əldə edilməsi üçün istifadə etmək istəyir, həmçinin, Kipri Avropaya açılan qapı kimi görür.

Mahmud Abbasın addımı Şimali Kiprdə etirazlara səbəb olsa da, Fələstin maraqları kontekstində siyasi manevr kimi qiymətləndirilə bilər.

Lakin bu səfərin Türkiyəyə qarşı olduğu da aydın görünür.

1. Mahmud Abbas yunan Kiprinə məhz Türkiyənin Cümhuriyyət günündə səfər edib;
2. İsraillə barışıq üçün yunanlardan dəstək istəyib ki, bu, Türkiyənin Fələstin siyasətini, yaxud bu ölkəyə görə göstərdiyi səyləri heçə saymaqdır;
3. Yunanıstan, Cənubi Kipr və İsrail Aralıq dənizində Türkiyənin maraqlarının əleyhinə olan blok qururlar: Fələstin prezidenti də faktiki olaraq, bu bloka yaxınlaşmaq xəttini izləyir.

Fələstin administrasiyasının Həmasdan fərqli olaraq, İsrailə loyal münasibəti sirr deyil. Bu mövqeyi regional sülh və dövlət maraqları arqumenti ilə müdafiə edirlər. Bu reallıq fonunda illərdir Fələstin məsələsi və İsraillə münasibətlərə görə Azərbaycanı hədəfə alan Türkiyədə Abbasın Nikosiya ziyarətinə səssiz yanaşma ironik görünür.

Media və Yayım Şurası jurnalistlərə qarşı zorakılığı qınadı
Media və Yayım Şurası jurnalistlərə qarşı zorakılığı qınadı
Azərbaycan daha bir dünya çempionatına ev sahibliyi edəcək
Azərbaycan daha bir dünya çempionatına ev sahibliyi edəcək
Sabahın hava proqnozu açıqlandı
Sabahın hava proqnozu açıqlandı
Fransada etirazlar səngiməyəcək: Makron rejiminin rəqibləri nə vəd edirlər?
Fransada etirazlar səngiməyəcək: Makron rejiminin rəqibləri nə vəd edirlər?
Rusiyalı zənginlər 28 milyard dollardan çox itirdilər - Siyahıda kimlər var?
Rusiyalı zənginlər 28 milyard dollardan çox itirdilər - Siyahıda kimlər var?
Qətər tankeri vuruldu
Qətər tankeri vuruldu
Tənhalıq sadəcə psixoloji hal deyilmiş: Orqanizmə vurduğu ağır zərbələr
Tənhalıq sadəcə psixoloji hal deyilmiş: Orqanizmə vurduğu ağır zərbələr
Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi
Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi