![]()
Azərbaycanın Baş prokuroru Kamran Əliyevin əmri ilə Rusiya Federasiyasının Baş prokuroru Aleksandr Qutsan "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edilib.
Bu gün Baş Prokurorluqda keçirilən mərasimdə Kamran Əliyev medalı rusiyalı həmkarına təqdim edib.
Medal Rusiya Federasiyasının Baş prokuroru Aleksandr Qutsana Azərbaycan və Rusiya prokurorluq orqanları arasında səmərəli əməkdaşlığın təşkilinə, işgüzar və dostluq əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsinə, həmçinin təcrübə mübadiləsi və qarşılıqlı yardım sahəsində göstərdiyi xüsusi xidmətlərə görə təqdim edilib.
Təltifetmə mərasimi Azərbaycan və Rusiya prokurorluq orqanlarının rəhbərlərinini görüşü çərçivəsində keçirilib.