veten informasiya agentliyi

BDYPİ sürücülərə çağırış etdi

Tarix:30-09-2026, 10:00
Baxış Sayı:1



Baş Dövlət Yol Polisi İdarəsi “Təmiz hava” aylığı çərçivəsində sürücülərə çağırış edib.

İdarədən verilən xəbərə görə, Daxili İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə Tədbirlər Planına əsasən, 2026-cı il oktyabrın 1-dən noyabrın 1-dək ölkə ərazisində “Təmiz hava” aylığı keçiriləcək.

Aylıq çərçivəsində nəqliyyat vasitələrinin istismarı zamanı atmosferə atılan zərərli maddələrin azaldılması, eləcə də ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirmə və nəzarət tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri nəqliyyat vasitələrinin texniki sazlığına, xüsusilə mühərrikin və işlənmiş qazları xaric etmə sisteminin vəziyyətinə diqqət yetirməyə çağırır. Atmosferə normadan artıq zərərli tullantı buraxan nəqliyyat vasitələrinin istismarı ətraf mühitə və insanların sağlamlığına mənfi təsir göstərir.

Sürücülərdən avtomobillərinə vaxtlı-vaxtında texniki qulluq göstərmələri, nasazlıqları aradan qaldırmaları və nəqliyyat vasitələrini müəyyən edilmiş ekoloji tələblərə uyğun vəziyyətdə saxlamaları xahiş olunur.

Təmiz hava və sağlam ətraf mühitin qorunması hər birimizin məsuliyyətidir.

Azərbaycan dondurma istehsalı artıb
Azərbaycan dondurma istehsalı artıb
Baş nazir vacib qərar imzaladı
Baş nazir vacib qərar imzaladı
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Sabahın havası açıqlandı
Sabahın havası açıqlandı
Bakıda NATO-nun təlim kursu keçirilir
Bakıda NATO-nun təlim kursu keçirilir