veten informasiya agentliyi

Mal əti yenidən bahalaşdı: Qiymətlər

Tarix:Bu gün, 18:18
Baxış Sayı:1



Son bir neçə gündə paytaxtda mal ətinin qiymətində nəzərəçarpacaq artım müşahidə olunur.

Həm sümüklü, həm də sümüksüz ətin kiloqramı bir-iki manat civarında bahalaşıb.

Qəssabların sözlərinə görə, hazırda sümüklü mal ətinin qiyməti 19, sümüksüzün qiyməti isə 25 manatdır. Əvvəl isə sümüklü 18, sümüksüz 23 manat idi. Səbəb isə malın az olmasıdır.

Bölgələrdə də heyvanların qiymətində müəyyən qədər artım var. Göyçayda qəssab kimi fəaliyyət göstərən Hüseyn Verdiyev deyib ki, artım son 10 gündür müşahidə olunur: "Ot və yem bahadır. 10 ay bir dananı saxlayırlar, satanda isə əziyyətinə dəymir. Ona görə də heyvan saxlayanların sayı azalır. Bu da məhsulun azalmasına və qiymət artımına səbəb olur".

Fermer Mürşüd Nəbiyev isə bildirib ki, otlaq sahəsi olsa da, bu da xeyli xərc tələb edir: "Bu qədər xərc tələb edirsə, qiymət də artmalıdır. Əvvəl 8-10 baş mal saxlayırdımsa, indi bu rəqəm 4-5 baş olub".

İqtisadçılar isə ətin qiymətinin artmasını qlobal bazardakı qiymətlərlə əlaqələndirir. Bunun səbəbi isə ətin maya dəyərinin artmasıdır.
Kənd Təsərrüfatı Nazirliyindən isə qeyd edilib ki, hazırda məsələ araşdırma tələb edir.

Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
Məkkə və bir sıra şəhərlərə hücumla bağlı xəbərdarlıq
Məkkə və bir sıra şəhərlərə hücumla bağlı xəbərdarlıq
Mal əti yenidən bahalaşdı: Qiymətlər
Mal əti yenidən bahalaşdı: Qiymətlər
Bakıda yeni avtobus zolağı təşkil edildi
Bakıda yeni avtobus zolağı təşkil edildi
Arif Hacılının oğlu və gəlini ABŞ-da həbs edildi
Arif Hacılının oğlu və gəlini ABŞ-da həbs edildi
Masallıda bələdiyyə sədrindən sui-istifadə ittihamı
Masallıda bələdiyyə sədrindən sui-istifadə ittihamı
Cəmiyyət Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
Cəmiyyət Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
Bu gün əfv olunanlardan 5-i əcnəbidir
Bu gün əfv olunanlardan 5-i əcnəbidir