veten informasiya agentliyi

Masallıda bələdiyyə sədrindən sui-istifadə ittihamı

Tarix:Bu gün, 11:32
Baxış Sayı:3



“18 ay məhkəmədə mübarizə apardıq, indi isə mülkümüzə girişi bağlayıb”

Bu sözləri Masallı rayonu Həsənli kənd sakini Məmmədli Əli Zəbulla oğlunun ölkə rəhbərliyinə və hüquq-mühafizə orqanlarına ünvanladığı açıq müraciətdə Xırmandalı bələdiyyəsinin sədri Kamil Şükürov barədə qeyd edib.

Fakt.info xəbər verir ki, Masallı rayonunda bələdiyyə sədri ilə vətəndaş arasındakı mülkiyyət mübahisəsi artıq sadə qonşuluq davası deyil, birbaşa vəzifə səlahiyyətlərindən sui-istifadə iddiasına çevrilib.

Əli Məmmədlinin iddiasına görə, mərhum atası Zəbulla Məmmədov 2014-cü ildə Həsənli kəndindəki keçmiş traktor parkı binasını Kamran Abdullayevdən alıb. Atası 2015-ci ildə vəfat etdikdən sonra sənədləşmə yarımçıq qalıb.

Ailə 2025-ci ildə məsələni qanuni yolla həll etmək üçün yeni seçilmiş bələdiyyə sədri Kamil Şükürova müraciət edib. Vətəndaşın sözlərinə görə, məhz bundan sonra bələdiyyə sədri kömək etmək əvəzinə, həmin əmlaka göz dikərək, bizə qarşı iddia qaldırıb.

Şikayətçi bildirir ki, Bələdiyyə sədrinin onun anası Nazilə Hüseynovaya qarşı həmin obyektin sökülməsi tələbi ilə qaldırdığı iddia 18 ay davam edib. Masallı Rayon Məhkəməsinin 18 sentyabr 2026-cı il tarixli qərarı ilə bələdiyyə sədrinin iddiası təmin edilməyib.

Yəni məhkəmə bələdiyyə sədrinin haqlı olmadığını təsdiqləyib. Lakin vətəndaş iddia edir ki, məhkəmədə uduzan bələdiyyə sədri bundan sonra inzibati rıçaqlardan istifadə etməyə başlayıb.

Müraciət müəllifinin ən ağır ittihamları bundan sonra başlayır:

1. Bələdiyyə sədrinin fərdi evinin hasarının qanunsuz olaraq vətəndaşa məxsus obyektə birləşdirildiyi,
2. Obyektə bitişik qanunsuz tikilinin inşa edilib daha sonra “OBA” marketlər şəbəkəsinə icarəyə verildiyi,
3. Nəticədə obyektin sol və arxa hissəsinə keçidi təmin edən 3 metrlik yolun tamamilə bağlandığı iddia olunur.

Əgər bu iddialar doğrudursa, söhbət artıq mülki mübahisədən getmir. Söhbət birbaşa olaraq bələdiyyə sədrinin öz vəzifə statusundan istifadə edərək vətəndaşın xüsusi mülkiyyətinə maneə yaratmasından, qanunsuz tikinti və icarə biznesi qurmasından gedir.
Bu, vəzifədən açıq sui-istifadə deməkdir.

Əli Məmmədli Prezident Administrasiyasına, Baş Prokurorluğa, Ədliyyə Nazirliyinə müraciət edərək tələb edir ki, Kamil Şükürovun fəaliyyəti araşdırılsın, FHN və tikintiyə nəzarət qurumları tərəfindən hasarın və OBA-nın yerləşdiyi tikilinin sənədlərinin, 3 metrlik keçidin hüquqi statusu yoxlanılsın.

İndi gözlər aidiyyəti qurumlardadır. Bu suallara cavab verilməlidir: Tikintinin icazəsi varmı? Hasar niyə vətəndaşın obyektinə birləşdirilib? OBA-ya icarə müqaviləsi hansı sənəd əsasında bağlanıb?

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.






Masallıda bələdiyyə sədrindən sui-istifadə ittihamı
Masallıda bələdiyyə sədrindən sui-istifadə ittihamı
Bu gün əfv olunanlardan 5-i əcnəbidir
Bu gün əfv olunanlardan 5-i əcnəbidir
Hörmüz boğazından sutkada cəmi üç gəmi keçib
Hörmüz boğazından sutkada cəmi üç gəmi keçib
Dağ-mədən sənayesi, qeyri-neft sektoru və minlərlə iş yeri - Prezidentin mesajları
Dağ-mədən sənayesi, qeyri-neft sektoru və minlərlə iş yeri - Prezidentin mesajları
Prezident sərəncam imzaladı
Prezident sərəncam imzaladı
Ağcabədidə həyat yoldaşını balta ilə qətlə yetirən şəxsə hökm oxundu
Ağcabədidə həyat yoldaşını balta ilə qətlə yetirən şəxsə hökm oxundu
Azərbaycanda dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq
Azərbaycanda dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq
Kəlbəcərdəki Söyüdlü qızıl yatağında flotasiya zavodu qurulacaq
Kəlbəcərdəki Söyüdlü qızıl yatağında flotasiya zavodu qurulacaq