veten informasiya agentliyi

Prezident sərəncam imzaladı

Tarix:Bu gün, 11:24
Baxış Sayı:1



Azərbaycanda dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.

Publika.az xəbər verir ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabineti Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini, icrasına nəzarəti həyata keçirməli və tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə dövlət başçısına məlumat verməlidir.

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Hökumətin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.

Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi isə proqramda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq tədbirlər görməlidir.

Bu gün əfv olunanlardan 5-i əcnəbidir
Bu gün əfv olunanlardan 5-i əcnəbidir
Hörmüz boğazından sutkada cəmi üç gəmi keçib
Hörmüz boğazından sutkada cəmi üç gəmi keçib
Dağ-mədən sənayesi, qeyri-neft sektoru və minlərlə iş yeri - Prezidentin mesajları
Dağ-mədən sənayesi, qeyri-neft sektoru və minlərlə iş yeri - Prezidentin mesajları
Prezident sərəncam imzaladı
Prezident sərəncam imzaladı
Ağcabədidə həyat yoldaşını balta ilə qətlə yetirən şəxsə hökm oxundu
Ağcabədidə həyat yoldaşını balta ilə qətlə yetirən şəxsə hökm oxundu
Azərbaycanda dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq
Azərbaycanda dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq
Kəlbəcərdəki Söyüdlü qızıl yatağında flotasiya zavodu qurulacaq
Kəlbəcərdəki Söyüdlü qızıl yatağında flotasiya zavodu qurulacaq
Yol polisindən piyadalara xəbərdarlıq
Yol polisindən piyadalara xəbərdarlıq