veten informasiya agentliyi

Azərbaycan və İordaniya arasında qarşılıqlı viza tələbi ləğv edildi

Tarix:Bu gün, 16:44
Baxış Sayı:0



Bu gündən etibarən Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığının ümumvətəndaş pasportlarına malik vətəndaşları üçün qarşılıqlı viza tələbi ləğv edilib.

Bu barədə Dövlət Miqrasiya Xidməti (DMX) məlumat yayıb.

Bildirilib ki, qərar vətəndaşların səyahət imkanlarının asanlaşdırılması, iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi və turizmin inkişafının təşviqi məqsədi daşıyır. Yeni qaydalara əsasən, hər iki ölkənin etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları qarşılıqlı olaraq digər ölkənin ərazisinə vizasız daxil ola, oradan çıxa və tranzit keçə, hər 180 günlük müddət ərzində isə 90 gündən artıq olmamaq şərtilə həmin ölkədə qala bilərlər.

Qeyd olunub ki, Azərbaycan ərazisində 15 gündən artıq müvəqqəti olan əcnəbilərin Miqrasiya Məcəlləsinin tələblərinə uyğun olaraq olduğu yer üzrə qeydiyyata alınması zəruridir. Bundan əlavə, qanunvericilikdə nəzərdə tutulan əsaslar olduqda əcnəbilər ölkədə müvəqqəti olma müddəti bitənədək bu müddətin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün "ASAN xidmət" mərkəzlərindəki "miqrasiya xidmətləri" pəncərəsi vasitəsilə fiziki, yaxud DMX-nin rəsmi internet səhifəsinin "Elektron xidmətlər" bölməsi vasitəsilə elektron qaydada müraciət etməlidirlər.

Bu gün Ədliyyə işçilərinin peşə bayramıdır
Bu gün Ədliyyə işçilərinin peşə bayramıdır
Gürcüstan surroqat analığı qadağan edir
Gürcüstan surroqat analığı qadağan edir
Ukraynada elektrik böhranı: Beş bölgə işıqsız qaldı
Ukraynada elektrik böhranı: Beş bölgə işıqsız qaldı
100 nəfərlik məclisdə atışma oldu - 9 yaralı var
100 nəfərlik məclisdə atışma oldu - 9 yaralı var
Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
9 mərtəbəli binada qaz dəhşəti: 20-yə yaxın sakin zəhərləndi
9 mərtəbəli binada qaz dəhşəti: 20-yə yaxın sakin zəhərləndi
İran daha bir ABŞ PUA-sını vurdu
İran daha bir ABŞ PUA-sını vurdu
Azərbaycan və İordaniya arasında qarşılıqlı viza tələbi ləğv edildi
Azərbaycan və İordaniya arasında qarşılıqlı viza tələbi ləğv edildi