veten informasiya agentliyi

FHN-dən hava ilə bağlı xəbərdarlıq - Diqqətli olun

Tarix:Bu gün, 11:01
Baxış Sayı:4

FHN-dən hava ilə bağlı xəbərdarlıq - Diqqətli olun

Qarşıdan gələn şənbə və bazar günlərində ölkə ərazisində havanın temperaturunun yüksələcəyi, bəzi yerlərdə 41 dərəcəyə çatacağı gözlənilir. Belə hava şəraitində kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnə bilər. Həmçinin, isti havalardan qorunmaq üçün məişət cihazlarına (kondisioner və s.) tələbatın artması elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciətində yer alıb.

Nazirlik yüksək temperaturun yanğın risklərini artırdığını nəzərə alaraq əhalini yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.

"Belə ki, evlərdə və iş yerlərində elektrik şəbəkəsi çox yüklənməməli, elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyəti yoxlanılmalı, aşkar edilən qüsurlar dərhal aradan qaldırılmalı, əkin sahələrində, xırmanlarda, ot tayaları yığılan yerlərdə və onların yaxınlığında açıq oddan istifadə edilməməli və siqaret çəkilməməli, fərdi yaşayış evləri, təsərrüfat və istehsalat müəssisələrinin həyətləri quru ot və tullantılardan vaxtaşırı təmizlənməlidir. Unutmaq olmaz ki, tam söndürülməmiş siqaret kötüyü və kibrit çöpünün, şüşə əşyaların və yanar mayelərlə islanmış materialların ətrafa atılması yanğın təhlükəsi yaradır.

Habelə, meşə sahələrinə yaxın ərazilərdə yaşayan və təbiət qoynunda istirahətə yollanan vətəndaşlar nəzərə almalıdırlar ki, meşədə tonqal yalnız xüsusi ayrılmış yerlərdə qalanmalı, bunun üçün ərazinin yanğına qarşı vəziyyəti qiymətləndirilməli, ağac altı, quru ot və kol-kos, ağac qırıntıları olan ərazi seçilməməli, tonqalın ətrafındakı otlar 0,5-1 metr radiusda təmizlənməlidir. Qalanmış tonqal nəzarətsiz qalmamalı və ərazi tərk edilərkən tam söndürülməlidir. Küləkli havada tonqal qalamaq qadağandır",- müraciətdə qeyd olunub.

Fransa yanır, Makronun əlacı kəsildi - Avropa Birliyindən kömək istədi
Fransa yanır, Makronun əlacı kəsildi - Avropa Birliyindən kömək istədi
Dərmanlarla bağlı qərar: Qiymətlər artacaq, yoxsa ucuzlaşacaq?
Dərmanlarla bağlı qərar: Qiymətlər artacaq, yoxsa ucuzlaşacaq?
Binədə yol qəzası: 22 nəfər xəsarət aldı
Binədə yol qəzası: 22 nəfər xəsarət aldı
Bu ərazilərdə yeni dəmiryol xətti çəkiləcək
Bu ərazilərdə yeni dəmiryol xətti çəkiləcək
Şirvanda dizinə antibiotik iynəsi vuran kişi öldü
Şirvanda dizinə antibiotik iynəsi vuran kişi öldü
"Mercedes"in satışı ABŞ-də qadağan olunacaq?
BMW 318 mindən çox avtomobili geri çağırır
BMW 318 mindən çox avtomobili geri çağırır
FHN-dən hava ilə bağlı xəbərdarlıq - Diqqətli olun
FHN-dən hava ilə bağlı xəbərdarlıq - Diqqətli olun