veten informasiya agentliyi

"Mercedes"in satışı ABŞ-də qadağan olunacaq?

Tarix:24-07-2026, 11:04
Baxış Sayı:41

"Mercedes"in satışı ABŞ-də qadağan olunacaq?

ABŞ Senatına təqdim edilən yeni qanun layihəsi "Mercedes-Benz" şirkətinin ölkədəki fəaliyyətinə təsir göstərə biləcək məsələləri gündəmə gətirib.

Bu barədə BILD nəşri məlumat yayıb.

Layihəyə əsasən, çinli investorların 15 faizdən artıq pay sahibi olduğu avtomobil istehsalçılarının məhsullarının ABŞ-yə idxalı, ölkədə istehsalı və satışı qadağan oluna bilər. Bu səbəbdən "Mercedes-Benz" də müzakirə olunan şirkətlər sırasında göstərilir.

Şirkətin səhmlərinin təxminən 10 faizi Çinin BAIC avtomobil istehsalçısına, daha 10 faizə yaxını isə çinli iş adamı Li Şufuya məxsusdur. Bununla belə, "Mercedes-Benz" hesab edir ki, sözügedən qanun layihəsi ona şamil olunmamalıdır. Şirkət bildirir ki, ayrı-ayrı çinli səhmdarların heç biri 10 faizdən çox paya malik deyil və onlar Müşahidə Şurasında təmsil olunaraq idarəetmə qərarlarına təsir göstərmirlər.

Bundan əlavə, "Mercedes-Benz" ABŞ iqtisadiyyatı üçün əhəmiyyətini də vurğulayıb. Şirkətin məlumatına görə, ölkədə təxminən 160 min iş yeri konsernin fəaliyyəti ilə əlaqəlidir. Bunlara Taskalusa (Alabama ştatı) və Çarlstonda (Cənubi Karolina ştatı) yerləşən istehsal müəssisələri də daxildir.

Qeyd olunur ki, ABŞ "Mercedes-Benz" üçün satış həcminə görə ikinci ən böyük bazardır. Yeni qanun layihəsi GPS, Wi-Fi və mobil rabitə sistemləri ilə təchiz olunan bağlantılı avtomobilləri əhatə edir. Respublikaçı senatorlar bu avtomobillərdən əldə olunan məlumatların Çin hökumətinin əlinə keçə biləcəyi ehtimalından narahat olduqlarını bildirirlər.

Məlumata görə, Çin tədarükçüləri ilə sıx əməkdaşlıq edən "Volkswagen" və "BMW" də qanun layihəsinin mümkün təsirlərinə məruz qala biləcək şirkətlər arasında göstərilir.

Son 3 gündə 5 min nəfər xəstəxanalıq oldu - Türkiyədə naməlum infeksiya
Son 3 gündə 5 min nəfər xəstəxanalıq oldu - Türkiyədə naməlum infeksiya
Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi - Mühüm detallar
Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi - Mühüm detallar
Metroya 302 milyon dollar kredit ayrıldı
Metroya 302 milyon dollar kredit ayrıldı
Tramp Rusiyanın İrana da kömək etmədiyinə inanır - Ağ Evdə nə baş verir?
Tramp Rusiyanın İrana da kömək etmədiyinə inanır - Ağ Evdə nə baş verir?
Yol polisi xəbərdarlıq etdi
Yol polisi xəbərdarlıq etdi
Azərbaycan dondurma istehsalı artıb
Azərbaycan dondurma istehsalı artıb
Baş nazir vacib qərar imzaladı
Baş nazir vacib qərar imzaladı
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar