veten informasiya agentliyi

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi

Tarix:18-07-2026, 10:16
Baxış Sayı:42

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi

Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə 16-18 iyul tarixlərində keçirilən Vaqif Poeziya Günlərinin Şuşada rəsmi açılış mərasimi olub.

Iyulun 17-də Molla Pənah Vaqifin məqbərəsi önündə təşkil olunan mərasimdə mədəniyyət naziri Adil Kərimli, Prezidentin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov, TÜRKSOY-un baş katibi Sultan Raev, Azərbaycan Yazıçılar Birliyinin (AYB) nümayəndələri, eləcə də Türk dünyasından yazıçı və şairlər iştirak ediblər.
TÜRKSOY-un baş katibi Sultan Raev çıxış edərək Vaqif Poeziya Günlərini mədəniyyət və ədəbiyyat adına ən işıqlı tədbirlərdən biri olduğunu deyib.
Builki poeziya günlərinin zəngin proqramına diqqət çəkən baş katib bildirib ki, bu tədbirlər həm də türk dövlətləri arasında mədəni əlaqələrin inkişafına öz töhfəsini verir.
Xalq şairi Vahid Əziz çıxışında Vaqif Poeziya Günlərinin ədəbiyyatın və mədəniyyətin təbliğinə xidmət etdiyini diqqətə çatdırıb.
AYB-nin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid poeziya bayramının əhəmiyyətini vurğulayıb.
Çıxışlardan sonra Ağdamda keçirilmiş "Sözün sabahı: Türk dünyanın gənc şairlər festivalı" qaliblərinin mükafatlandırma mərasimi olub. Açılış tədbiri daha sonra bədii kompozisiya ilə davam etdirilib.

Azərbaycan dondurma istehsalı artıb
Azərbaycan dondurma istehsalı artıb
Baş nazir vacib qərar imzaladı
Baş nazir vacib qərar imzaladı
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Sabahın havası açıqlandı
Sabahın havası açıqlandı
Bakıda NATO-nun təlim kursu keçirilir
Bakıda NATO-nun təlim kursu keçirilir