veten informasiya agentliyi

Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur

Tarix:Bu gün, 14:16
Baxış Sayı:2



Ermənistanın ən böyük su hövzəsi olan Göyçə gölünə çaylardan daxil olan suyun həcmi iqlim dəyişikliklərinin ən əlverişsiz ssenarisi baş verəcəyi halda 2100-cü ilədək 34%, yəni təxminən 265 milyon kubmetr azalacaq.

Bu barədə Ermənistanın Ətraf Mühit Nazirliyi məlumat yayıb.

Nazirlik bildirir ki, çaylar Sevanın əsas qidalanma mənbəyidir və onların suyunun azalması gölün su balansı üçün ciddi təhlükə yaradır. İqlim dəyişiklikləri isə vəziyyəti daha da ağırlaşdırır.

Göyçə gölünün bərpası üçün suyun səviyyəsinin 6 metr artırılması planlaşdırılır. Bu məqsədlə hər il göldəki su səviyyəsinin 21,6 santimetr yüksəldilməsi nəzərdə tutulub. Hesablamalara görə, proqram 30 il ərzində həyata keçirilərsə, suyun səviyyəsi 6,5 metr arta və göldə əlavə olaraq təxminən 8,8 milyard kubmetr su toplana bilər.

Hazırda Göyçə gölündə suyun səviyyəsi 2021-ci ildən bəri ən yüksək həddə çataraq 1900,80 metr təşkil edir. Lakin mütəxəssislər bildirirlər ki, bu artım əsasən əlverişli hava şəraiti və bol yağıntılarla bağlıdır.

Gölü qidalandıran 28 çaydan daxil olan suyun həcminin artması vəziyyəti müvəqqəti olaraq yaxşılaşdırsa da, Göyçə gölünün ekosistemində ciddi problemlər qalmaqdadır. Gölün flora və faunasının bərpası, çirkab suların təmizlənməsi və endemik balıq növlərinin qorunması əsas məsələlər sırasında göstərilir.

Ermənistan hökuməti Göyçə gölünün bərpası üçün 42 təmizləyici qurğunun tikintisini, üç mövcud stansiyanın yenilənməsini və 1030 kilometr kanalizasiya şəbəkəsinin çəkilməsini nəzərdə tutan proqram hazırlayıb.

Lakin proqram çərçivəsində nəzərdə tutulan bir sıra əsas layihələr hələ də həyata keçirilməyib. Xüsusilə, mütəxəssislərin gölün ekosisteminin sağlamlaşdırılması üçün vacib saydığı bioloji təmizləmə stansiyalarının tikintisi başlanmayıb.

Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Sentyabrda hava necə olacaq? - Proqnoz
Sentyabrda hava necə olacaq? - Proqnoz
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş