veten informasiya agentliyi

Paşinyanın Başkəndi 4 kəndlə dəyişdirmək istəyi: Hiyləgər planın DETALLARI

Tarix:Bu gün, 10:06
Baxış Sayı:0



Ermənistanın baş naziri Nikol Paşinyan anklavlar məsələsinin həlli üçün köhnə təklifini yenidən gündəmə gətirib: “barterin” edilməsi. Söhbət SSRİ dövründə “erməni anklavı” olaraq sənədləşdirilmiş Gədəbəyin Başkənd kəndi ilə Sədərəyin Kərki və Qazaxın Yuxarı Əskipara, Bərxudarlı, Sofulu kənlərindən gedir.

Paşinyan bir müddət öncə “barter”in mümkünlüyünü gündəmə gətirmiş, lakin bunun necə həyata keçirilməli olduğundan bəhs etməmişdi. Bu dəfə erməni baş nazir təklifini müəyyən detallarla birlikdə dilə gətirib. Bildirib ki, “Bakı və İrəvan əraziləri (kəndləri) dəqiq ölçülərinə uyğun bir-biri ilə dəyişməlidir”. O, bunu sərhədin hər iki tərəfində (Azərbaycan və Ermənistanda) anklav və esklavın qalmaması” ilə izah edib.

Məsələ dəhliz çətinliyindən ibarətdir. Anklavlar qaytarıldıqda kəndlərlə əlaqə üçün dəhlizə ehtiyac var. Bu dəhlizlərin nə qədər təhlükəsiz olacağı, təhlükəsizliyinin hansı formada təmin ediləcəyi texniki çətinliklər olaraq qalır. Hesab etmək olar ki, Paşinyanın təklifi bu reallıqlardan qaynaqlanır.

Lakin təklifin arxasında erməni hiyləgərliyinin olduğu aydın görünür.

Erməni baş nazir ərazilərin dəqiq ölçülərinə uyğun dəyişdirilməsini istəyir. Başkəndin ərazisi 40 kvadrat kilometdir. Kərkinin 8.23, Yuxarı Əskiparanın 8.6, Sofulunun 4,39, Bərxudarlının isə 3,2 kvadratkilometdir. Ümumilikdə 24,42 kvadrat kilometr. Bu, Başkəndin ərazisindən 15,58 kvadrat kilomtr azdır. “Dəqiq ölçülü barter” təklifinin qəbulu o deməkdir ki, Azərbaycan Başkəndə qarşı 4 kənddən imtina etməli, üzərində 15 kvadrat kilometr ərazi də verməlidir. Paşinyanın dediyi bundan ibarətdir. Və burada Ermənistanın məqsədi ən azı anklav məsələsini həll etmək, 4 kəndimizi özündə saxlamaqdır.

Bu planın arxasında iki hədəf var.

Birincisi, Kərki və Qazaxın 3 kəndinin strateji mövqeyidir.

Kərki Azərbaycana Ermənistanın Şimal-Cənub magistral yoluna, Qazaxın üç kəndi isə Ermənistan-Gürcüstan magistral yoluna, eləcə də Rusiya-Ermənistan qaz kəmərinə vizual-atəş nəzarəti imkanı verir. Erməni ekspertlər Kərkinin strateji önəmini xüsusilə vurğulayır və iddia edirlər ki, kəndin qaytarılması Ermənistanın “ikiyə bölünməsi” deməkdir. Bu ssenaridə Ermənistan cənub bölgələri və İranla kommunikasiya üçün alternativ yol inşa etmək məcburiyyətindədir. Alternativ yolun isə dağlıq relyefdən keçməsi onu əlverişsiz edir.

İkincisi, ermənilərin sərhəddən 18 kilometr məsafədə yerləşən Başkənddə yaşamaq istəməməsidir. Bu kəndin qaytarılması Ermənistana heç bir üstünlük qazandımır.

Paşinyanın təklifinin arxasındakı hiylə bundan ibarətdir. Burada ən önəmli məsələlərdən biri Başkəndin tarixi Azərbaycan torpağı olmasıdır. Əsası 1845-ci ildə qoyulmuş kəndin demoqrafik mənzərəsi SSRİ dövründə ermənilərin xeyrinə dəyişdirildi və 1978-ci ildə “erməni anklavı” olaraq rəsmiləşdirildi. Paşinyanın “barter” təklifi “Azərbaycan ərazisini Azərbaycan ərazisi ilə dəyişdirmək” gedişidir. Rəsmi Bakının buna razılaşması ehtimalı zəifdir.

İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
İstanbulda 300 iş yeri və 200 avtomobilə ziyan dəydi
İstanbulda 300 iş yeri və 200 avtomobilə ziyan dəydi
Pezeşkian İrəvandadır
Pezeşkian İrəvandadır
Mətbuat Şurasının IX qurultayı keçirilir
Mətbuat Şurasının IX qurultayı keçirilir
Kürdəmirdə 2 yük maşını toqquşdu: Ölən var
Kürdəmirdə 2 yük maşını toqquşdu: Ölən var
Paşinyanın Başkəndi 4 kəndlə dəyişdirmək istəyi: Hiyləgər planın DETALLARI
Paşinyanın Başkəndi 4 kəndlə dəyişdirmək istəyi: Hiyləgər planın DETALLARI
Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb
Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb
Ukraynada tərəflər Zelenski olmadan razılığa gələcəklər - Trampdan sensasion iddia
Ukraynada tərəflər Zelenski olmadan razılığa gələcəklər - Trampdan sensasion iddia