veten informasiya agentliyi

Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş

Tarix:31-08-2026, 14:07
Baxış Sayı:5



İspaniyanın baş naziri Pedro Sançes Rusiyanı və İsraili ölkədə miqrasiya böhranına səbəb olan dezinformasiya dalğasında iştirak etməkdə ittiham edib.

Sançesin sözlərini "Cadena SER" yayıb.

Baş nazir bildirib ki, miqrasiya böhranının səbəbləri hələ də araşdırılır. Lakin onun sözlərinə görə, sosial şəbəkələrdə yayılan saxta məlumatlar vəziyyətin gərginləşməsinə səbəb olub.

Sançesin iddiasına görə, İspaniya Ali Məhkəməsinin üzərək ölkəyə daxil olan miqrantların deportasiyasını qadağan etdiyi barədə məlumat sosial şəbəkələrdə təhrif edilərək yayılıb. O, bu məlumatın saxta hesablar və cinayətkar qrupların köməyi ilə geniş yayıldığını bildirib.

İspaniya hökumətinin başçısı dezinformasiya kampaniyasının arxasında Rusiya və İsrail şəbəkələrinin, eləcə də miqrasiya məsələsindən İspaniyaya və Avropaya qarşı istifadə edən beynəlxalq ifrat sağçı təşkilatın dayandığını iddia edib.

“Rusiya və İsrail şəbəkələri bu saxta məlumatları yayaraq qeyri-qanuni miqrasiya kimi Avropa cəmiyyətlərini parçalayan və qütbləşdirən həssas məsələ üzərindən İspaniya hökumətinə və avropalılara hücum ediblər”, - deyə Sançes bildirib.

Qeyd edək ki, iyulun 30-da Mərakeşdən olan on minlərlə miqrant Afrikanın şimal sahilində yerləşən İspaniyanın Seuta muxtar şəhərinin sərhədini qanunsuz şəkildə keçib.

Din, uşaqların gələcəyi və seçim azadlığı
Din, uşaqların gələcəyi və seçim azadlığı
İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
İstanbulda 300 iş yeri və 200 avtomobilə ziyan dəydi
İstanbulda 300 iş yeri və 200 avtomobilə ziyan dəydi
Pezeşkian İrəvandadır
Pezeşkian İrəvandadır
Mətbuat Şurasının IX qurultayı keçirilir
Mətbuat Şurasının IX qurultayı keçirilir
Kürdəmirdə 2 yük maşını toqquşdu: Ölən var
Kürdəmirdə 2 yük maşını toqquşdu: Ölən var
Paşinyanın Başkəndi 4 kəndlə dəyişdirmək istəyi: Hiyləgər planın DETALLARI
Paşinyanın Başkəndi 4 kəndlə dəyişdirmək istəyi: Hiyləgər planın DETALLARI
Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb
Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb