veten informasiya agentliyi

"Bozbash pictures" niyə dağıldı?

Tarix:Bu gün, 15:07
Baxış Sayı:3

"Bozbash pictures" niyə dağıldı?



Biz əvvəldən dost olmuşuq. Layihədən əvvəl də münasibətimiz var idi. Gördük ki, alındı və "Bozbash pictures"i ciddi layihəyə çevirdik. Məqsədimiz bölgələrdə çəkilişlər etmək idi. Bəzi bölgələrə hətta ikinci dəfə getdik. Sonra düşündük ki, bir müddət ara verək. Kinoteatrlardan küsdük. Çox əziyyət çəkmişdik, istəyirdik hər şey yaxşı olsun. Bir də evlilik buna səbəb oldu".

Bu sözləri aktyor Elşən Orucov"Genə bax" proqramında deyib. Aktyor "Bozbash pictures"in dağılmasından söz açıb. O bildirib ki, evlilik və kinoteatrlarla yaşadıqları problem buna səbəb olub.

Verilişin qonaqlarından olan aktyor və aparıcı İlkin Həsəni isə layihənin dayanmasında əsas səbəblərdən birinin kinoteatrlarla əməkdaşlıq zamanı yaşanan çətinliklər olduğunu vurğulayıb:

"Bir film layihəsi bir ilimizin doqquz ayını alırdı. Ssenari yazılır, çəkiliş aparılır, təqdimata hazırlaşırdıq. Sonra isə hər həftə kinoteatrlardan gələcək gəliri gözləyirdik. Hamı filmdən sonra ödənişini alırdı, biz isə qazancın nə qədər olacağını filmin nümayişindən sonra bilirdik. Axırda baxırdıq ki, doqquz aylıq əziyyətin qarşılığı bu imiş.

Sonuncu filmimiz "Bombaltı" oldu. Ən bahalı layihəmiz idi. Hər il daha yaxşı iş görməyə çalışırdıq. 2015-ci ildə filmlərdə "06", "07" maşınlar aşırdırdıq, sonradan artıq "Opel", "BMW" kimi avtomobillərdən istifadə edirdik. Amma kinoteatrlar bizi incitdi, istədiyimiz gəliri əldə edə bilmədik. Onlar özəl şirkətdirlər, bilet qiymətlərini və seans sayını istədikləri kimi dəyişə bilirlər. İki şəbəkə arasında qalmışdıq, birtəhər dil tapmağa çalışırdıq, amma alınmırdı".

Bakı–Balakən qatarlarının hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Bakı–Balakən qatarlarının hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Almaniya Trampa qarşı çıxdı: Haaqa məhkəməsinin müdafiəsinə qalxdı
Almaniya Trampa qarşı çıxdı: Haaqa məhkəməsinin müdafiəsinə qalxdı
İsrail Cənubi Livandan qoşunlarını çıxarmağa hazırlaşır: Pilot zonalar yaradılacaq
İsrail Cənubi Livandan qoşunlarını çıxarmağa hazırlaşır: Pilot zonalar yaradılacaq
Ermənistan TRIPP layihəsinə alternativ şirkət yaradıb? - Mirzoyan detalları açıqladı
Ermənistan TRIPP layihəsinə alternativ şirkət yaradıb? - Mirzoyan detalları açıqladı
"Bozbash pictures" niyə dağıldı?
Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü
Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü
Naxçıvanda əhalinin sayı artıb
Naxçıvanda əhalinin sayı artıb
İrəvanda narkotiklə saxlanılan azərbaycanlı Vaqif Hüseynovla bağlı məhkəmə hökm verdi
İrəvanda narkotiklə saxlanılan azərbaycanlı Vaqif Hüseynovla bağlı məhkəmə hökm verdi