veten informasiya agentliyi

Ronaldo dünya çempionatları REKORDUNU QIRDI

Tarix:Bu gün, 07:23
Baxış Sayı:6

Ronaldo dünya çempionatları REKORDUNU QIRDI

Portuqaliya milli komandasının futbolçusu Kriştiano Ronaldo dünya çempionatlarının tarixində altı müxtəlif turnirdə fərqlənməyi bacaran ilk futbolçu olub.

Ronaldo dünya çempionatının qrup mərhələsinin ikinci turunda Özbəkistana qarşı keçirilən matçda iki qol vurub. Hazırda birinci hissə bitib. Portuqaliya 3:0 hesabı ilə öndədir.

Dünya çempionatının qrup mərhələsinin birinci turunda Portuqaliya DR Konqo ilə heç-heçə etmişdi. Görüş 1:1 hesabı ilə başa çatmışdı. Matçın altıncı dəqiqəsində portuqaliyalı Joao Neveş hesabı açmışdı. Birinci hissənin lap sonunda DR Konqo oyunçusu Yoan Vissa dəqiq zərbə ilə fərqlənmişdi.

Ronaldo 41 yaş 132 günlüyündə start heyətində meydana çıxıb ki, bu da dünya çempionatları tarixində sahə oyunçuları üçün yaş rekordu olub. O, həmçinin altıncı dünya çempionatında iştirak edərək Lionel Messinin nailiyyətini təkrarlayıb. Bununla belə, Ronaldo ilk matçda qol vura bilməmişdi, Messi isə Argentina millisinin DÇ-2026-dakı ilk oyununda het-trik etmişdi.

Ronaldo dünya çempionatları REKORDUNU QIRDI
Ronaldo dünya çempionatları REKORDUNU QIRDI
Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?
Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?
Minik avtomobili avtobusla toqquşdu: Yaralılar var
Minik avtomobili avtobusla toqquşdu: Yaralılar var
Bu gün yağış yağacaq
Bu gün yağış yağacaq
Gürcüstanda yaşayan azərbaycanlıların sayı açıqlandı
Gürcüstanda yaşayan azərbaycanlıların sayı açıqlandı
"Epşteyn işi"nin gizlinləri: Çatışmayan sənədlər və məxfi saxlanılan adlar
Alimlərdən aclığa səbəb ola biləcək ekstremal istilər barədə XƏBƏRDARLIQ
Alimlərdən aclığa səbəb ola biləcək ekstremal istilər barədə XƏBƏRDARLIQ
Almaniyanın bir şəhərində alman dilini bilməyənlər çimərliyə buraxılmırlar
Almaniyanın bir şəhərində alman dilini bilməyənlər çimərliyə buraxılmırlar