veten informasiya agentliyi

Bu yerlərdə qiymətlər 15% qalxacaq

Tarix:Bu gün, 07:45
Baxış Sayı:5

Bu yerlərdə qiymətlər 15% qalxacaq

Bakıətrafı qəsəbələrdə yerləşən ev və torpaq sahələrinə olan tələbat kəskin şəkildə artıb.

Əmlak ekspertləri paytaxtda qəzalı binaların sökülməsi prosesinin bu tendensiyaya ciddi təsir etdiyini bildirirlər.

Belə ki, mərkəzdəki söküntülərdən sonra vətəndaşlar daha çox şəhərdən kənar ərazilərdə ev almağa üstünlük verirlər ki, bu da birbaşa qiymətlərə təsir göstərir.

Əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, hazırda Maştağa, Kürdəxanı, Hövsan, Pirşağı, Ramana, Lökbatan və Zığ kimi kənar qəsəbələrdəki ev və torpaq bazarında müəyyən ucuzluq müşahidə olunsa da, aparılan abadlıq işləri fonunda yaxın gələcəkdə qiymət artımı qaçılmaz olacaq.

Ekspert həmçinin qeyd edib ki, söküntü faktorundan əlavə, yay mövsümünün gəlişi ilə əlaqədar bağ evlərinə tələbatın artması da bu qəsəbələrdəki qiymətləri 10-15 faiz civarında bahalaşdıracaq. Lakin payız aylarında bazarda yenidən 5 faizlik bir enişin qeydə alınacağı ehtimal edilir.

Bakı Dünya Robot Xəzər Kuboku 2026-ya ev sahibliyi edəcək
Bakı Dünya Robot Xəzər Kuboku 2026-ya ev sahibliyi edəcək
Beynin işini dəyişən 3 məşhur elmi təcrübə açıqlanıb
Beynin işini dəyişən 3 məşhur elmi təcrübə açıqlanıb
"İnqilab başladı, Makron devrildi!” – 2 polis güllələndi
"Kövrək eqo: narsistləri özündən çıxaran 11 ifadə" - Psixoloqlardan açıqlama
Anomal istilərə görə Fransada 845 məktəb bağlanacaq
Anomal istilərə görə Fransada 845 məktəb bağlanacaq
Azərbaycan boksçuları 12 medal qazanıb
Azərbaycan boksçuları 12 medal qazanıb
Mətbəximizdəki bəzi qida əlavələri ürək xəstəliklərinə səbəb olur
Mətbəximizdəki bəzi qida əlavələri ürək xəstəliklərinə səbəb olur
Ət bazarında nə baş verir? - Bahalaşma riski
Ət bazarında nə baş verir? - Bahalaşma riski