veten informasiya agentliyi

Bakıda taksi sürücülərinin gizli oyunu - Bunu istəsələr, etməyin!

Tarix:Bu gün, 09:20
Baxış Sayı:5

Bakıda taksi sürücülərinin gizli oyunu - Bunu istəsələr, etməyin!

Bakıda taksi xidmətləri ilə bağlı yeni narazılıqlar gündəmə gəlib. Bildirilir ki, bəzi sürücülər müştəriyə zəng edərək gediş haqqının sərfəli olmadığını deyir və sifarişdən imtina etməyi təklif edir. İddialara görə, bunu həm də şirkətlər tapşırır. Ekonom seçim olmadığı halda isə vətəndaş məcbur qalıb komfort, biznes ya da prioritet seçir və bu da qiymət olaraq fərq yaradır.
Taksi bazarında nə baş verir? Sadə vətəndaşlar bu hallarla necə mübarizə aparsın?
Bu barədə Globalinfo.az-a nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov danışıb. O deyib ki, hazırda bazarda təkcə avtomobil deyil, həm də sürücü çatışmazlığı hiss olunur:
“Çünki əsas məsələ onu idarə edəcək sürücünün tapılmasıdır. Bu amil nəqliyyat vasitələrinin rentabelliyinə və xidmətin səmərəliliyinə təsir göstərir. Taksi sifarişi proqramlarında müxtəlif qiymət kateqoriyaları təqdim olunur və sərnişinlər təbii olaraq daha ucuz gedişlərə üstünlük verirlər. Məsələn, eyni marşrut üzrə 5, 8 və ya 15 manatlıq seçim olduqda, əksər hallarda ən ucuz variant seçilir. Lakin bu vəziyyət sahibkar üçün həmişə sərfəli olmur. Çünki taksi sahəsində aparılan islahatlar, kreditlə alınmış avtomobillər, ehtiyat hissələrinin və təmir xərclərinin bahalaşması xidmətin maya dəyərini artırır. Sahibkar qiyməti birbaşa yüksəldə bilmədiyi üçün bunu dolayısı yollarla kompensasiya etməyə çalışır. Nəticədə isə sürücü ilə sərnişin arasında narazılıqlar yaranır. Bu da müxtəlif formalarda taksi xidmətlərinin qiymətlərinə təsir göstərir”.
Ekspert bildirib ki, bu hallar baş verdikdə sərnişin ilk növbədə sifarişi özü ləğv etməməlidir:
“Çünki sifarişi sürücünün ləğv etməsi sistemdə qeydə alınır və şirkət həmin sürücünün fəaliyyəti ilə bağlı araşdırma apara bilir. Vətəndaş belə hallarda tətbiq üzərindən şikayət etməli, zəng və yazışmaların ekran görüntülərini saxlamalıdır. Əgər bu hallar kütləvi xarakter alıbsa, aidiyyəti dövlət qurumlarına da müraciət etmək məqsədəuyğundur. Taksi şirkətləri xidmət keyfiyyətinə nəzarəti gücləndirməli, sürücülərin sərnişinləri daha bahalı tariflərə yönləndirməsinin qarşısını almalıdır. Əks halda, bu cür hallar həm sərnişin m

Pezeşkianın tarixi sənədi imzaladığı anla
Pezeşkianın tarixi sənədi imzaladığı anla
Bakıda taksi sürücülərinin gizli oyunu - Bunu istəsələr, etməyin!
Bakıda taksi sürücülərinin gizli oyunu - Bunu istəsələr, etməyin!
Bəzi ərazilərdə işıq olmayacaq
Bəzi ərazilərdə işıq olmayacaq
Hakan Fidandan Ermənistan açıqlaması: Nikol Paşinyan hökuməti...
Hakan Fidandan Ermənistan açıqlaması: Nikol Paşinyan hökuməti...
Bakıda zavod yanır
Bakıda zavod yanır
Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı
Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı
Tibb üzrə fəlsəfə doktoru, tanınmış alim və peşəkar həkim Vüqar Abbasov – elmə və insan sağlamlığına həsr olunmuş nümunəvi ömür yolu
Tibb üzrə fəlsəfə doktoru, tanınmış alim və peşəkar həkim Vüqar Abbasov – elmə və insan sağlamlığına həsr olunmuş nümunəvi ömür yolu
Tibb üzrə fəlsəfə doktoru, plastik, estetik və rekonstruktiv cərrah Dilqəm Məhərrəmov – peşəkarlığı və elmi fəaliyyəti ilə seçilən nüfuzlu həkim
Tibb üzrə fəlsəfə doktoru, plastik, estetik və rekonstruktiv cərrah Dilqəm Məhərrəmov – peşəkarlığı və elmi fəaliyyəti ilə seçilən nüfuzlu həkim