veten informasiya agentliyi

Jurnalistlərin etik davranış qaydaları dəyişir

Tarix:17-06-2026, 10:55
Baxış Sayı:39

Jurnalistlərin etik davranış qaydaları dəyişir

Mətbuat Şurasının İdarə Heyərinin iyunun 11-də keçirilmiş iclasında "Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları"na əlavələrlə bağlı məsələ müzakirə olunub.
Mətbuat Şurasından Trend-in sorğusuna cavab olaraq bildirilib ki, müzakirə zamanı əsasən iki məqamın üzərində dayanılıb.
Bildirilib ki, ilk növbədə kin və nifrət dili ilə təbliğatın yolverilməzliyinin qaydalarda əksini tapmasının vacibliyi vurğulanıb:
"Məlum olduğu kimi, bəzən medianın, ayrı-ayrı jurnalistlərin yazıları və daha çox da səsləndirdikləri fikirlər təhrikçi mahiyyət daşıyır. Əlbəttə, jurnalist doğruları bildirməlidir. Amma bu zaman qanunçuluq ikinci plana keçməməlidir. Müvafiq olaraq kimisə tənqid etmək, həmin şəxsin nöqsanlarını çatdırmaq olar. Amma bu təqdimatlar hüquqi dövlət anlayışına zidd ab-hava yaratmamalıdır. Yəni, elə edilməlidir ki, kimsə kiməsə qarşı bu anlayışdan kənar addımların atılmasını legitim qarşılamasın. Bötüvlükdə linç meyilləri yolverilməzdir".
Əlavə edilib ki, ikinci dəyişiklik Ali Məhkəmənin "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" plenum qərarı ilə bağlıdır:
"Bu qərar son dərəcə vacibdir, günün tələbidir. Çünki bəzən özünü doğruları çatdırmaq öhdəliyi ilə mükəlləf sayan jurnalist və ya media orqanı hansı doğruların cəmiyyət üçün əhəmiyyətini kənara qoyur. Nəticədə jurnalistin və media orqanının qərəzli obrazı canlanır. Hər halda, elə doğrular var ki, açıqlanması düzgün deyil. Məhkəmə qərarı bu mənada nəyin düzgün olduğuna, nəyin düzgün olmadığına müfəssəl aydınlıq gətirir. Hesab edirik ki, "Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları"na əlavələrdə də müvafiq müddəalar yer almalıdır".
Qeyd edilib ki, "Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları"na dəyişiklik qurultaylarda təqdiqlənir:
"Hələlik dəyişikliklərlə bağlı konkret layihə yoxdur. Hər halda, qurultaya da hələ var. Hesab edirik ki, qarşıdakı müddətdə mövcud istiqamətdə müvafiq iş aparmaq imkanı olacaq".

Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Sentyabrda hava necə olacaq? - Proqnoz
Sentyabrda hava necə olacaq? - Proqnoz
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş