veten informasiya agentliyi

Təhsilimizin Fədakar Rəhbəri – Səbinə Süleyman qızı Əliyeva

Tarix:Bu gün, 14:36
Baxış Sayı:206

Təhsilimizin Fədakar Rəhbəri – Səbinə Süleyman qızı Əliyeva

1983-cü ildə Bakı şəhərində anadan olan Səbinə Süleyman qızı Əliyeva həyatını Azərbaycan təhsilinin inkişafına həsr etmiş nümunəvi təhsil rəhbərlərindən biridir. O, 2001–2005-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsində bakalavr təhsili almış, daha sonra 2009–2012-ci illərdə həmin universitetdə “Fizikanın tədrisi metodikası və metodologiyası” ixtisası üzrə magistr təhsilini uğurla başa vurmuşdur. 2005–2006-cı illərdə ADPU nəzdində Müəllimlərin Yenidənhazırlanması və İxtisasartırma kursunda Riyaziyyat və İnformatika müəllimi ixtisasına yiyələnərək pedaqoji fəaliyyətini daha da zənginləşdirmişdir. Hazırda isə Azərbaycan Turizm və Menecment Universitetinin Menecment fakültəsində təhsilini davam etdirir.

Təhsilimizin Fədakar Rəhbəri – Səbinə Süleyman qızı Əliyeva

Səbinə xanım əmək fəaliyyətinə 2005-ci ildə Bakı şəhəri Xətai rayonu Z. Əhmədov adına 64 nömrəli tam orta məktəbdə fizika və informatika müəllimi kimi başlamışdır. Qısa müddətdə öz peşəkarlığı, təşkilatçılıq qabiliyyəti və yenilikçi yanaşması ilə seçilmiş, 2015–2018-ci illərdə Kimya-Biologiya Təmayüllü Respublika Liseyində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. Daha sonra 2018–2023-cü illərdə Bakı şəhəri Sabunçu rayonu Müşfiq Orucov adına 213 nömrəli məktəb-liseyə rəhbərlik etmiş, 14 sentyabr 2023-cü ildən etibarən isə Xətai rayonu 24 nömrəli tam orta məktəbin direktoru kimi fəaliyyət göstərir.

Təhsilimizin Fədakar Rəhbəri – Səbinə Süleyman qızı Əliyeva

Onun təhsil sahəsindəki uğurları və xidmətləri dəfələrlə yüksək qiymətləndirilmişdir. Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Dövlətim üçün layiqli vətəndaş yetişdirirəm” yazı müsabiqəsində diplomla təltif olunmuş, “Ən yaxşı bloq” müsabiqəsində ən yaxşı dizayn nominasiyası üzrə mükafata layiq görülmüşdür. Təhsil Nazirliyi və Qafqaz Universitetinin təşkil etdiyi “Məktəb Direktorlarının Hazırlığı Kursu”nu uğurla başa vurmuş, “İnnovativ Müəllim Müsabiqəsi”ndə II yer qazanmışdır.

Təhsilimizin Fədakar Rəhbəri – Səbinə Süleyman qızı Əliyeva

Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatı tərəfindən Fəxri Fərmanla təltif edilmiş, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Peşəkar 100 il” idarəçilik layihəsinə seçilənlərdən olmuşdur. Bundan əlavə, 100-dən artıq təlim və layihədə iştirak etmiş, çoxsaylı diplom, sertifikat və təşəkkürnamələrə layiq görülmüş, STEAM Azərbaycan 2022 müsabiqəsində komandası ilə birlikdə bürünc medal qazanmışdır.

Təhsilimizin Fədakar Rəhbəri – Səbinə Süleyman qızı Əliyeva

Səbinə Süleyman qızı Əliyeva bu gün də öz bilik və bacarığını gənc nəslin təlim-tərbiyəsinə, təhsil müəssisələrinin inkişafına və müasir təhsil mühitinin formalaşmasına həsr edir. Onun zəhməti, yüksək peşəkarlığı və fədakar fəaliyyəti həm müəllimlər, həm şagirdlər, həm də valideynlər tərəfindən böyük hörmət və rəğbətlə qarşılanır.

Təhsilimizin Fədakar Rəhbəri – Səbinə Süleyman qızı Əliyeva
Təhsilimizin Fədakar Rəhbəri – Səbinə Süleyman qızı Əliyeva
Hörmətli Səbinə xanım!

Sizi ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı, ailə xoşbəxtliyi, uzun ömür və məsuliyyətli fəaliyyətinizdə yeni uğurlar arzulayırıq. Qoy həyatınız daim sevinc, xoşbəxtlik və nailiyyətlərlə zəngin olsun. Rəhbərlik etdiyiniz təhsil ocağında qazandığınız uğurlar daha da artsın, yetişdirdiyiniz şagirdlərin nailiyyətləri Sizin üçün ən böyük qürur mənbəyinə çevrilsin.

Ad gününüz mübarək!

Şəmkirdə kafedə qanlı dava - 27 yaşlı gənc öldürüldü
Şəmkirdə kafedə qanlı dava - 27 yaşlı gənc öldürüldü
Şəmkirdə kafedə qanlı dava - 27 yaşlı gənc öldürüldü
Şəmkirdə kafedə qanlı dava - 27 yaşlı gənc öldürüldü
Dünya Bankından Azərbaycanla bağlı müsbət PROQNOZ
Dünya Bankından Azərbaycanla bağlı müsbət PROQNOZ
Məhərrəmlikdə toy etmək olar?
Məhərrəmlikdə toy etmək olar?
Dövlət sifarişi ilə təhsil alan məzunlar regionlarda işləyəcək? — AÇIQLAMA
Dövlət sifarişi ilə təhsil alan məzunlar regionlarda işləyəcək? — AÇIQLAMA
Təhsilimizin Fədakar Rəhbəri – Səbinə Süleyman qızı Əliyeva
Təhsilimizin Fədakar Rəhbəri – Səbinə Süleyman qızı Əliyeva
Arıqlama iynələri istifadə edən qadınlar hamiləliyi necə planlaşdırmalıdır?
Arıqlama iynələri istifadə edən qadınlar hamiləliyi necə planlaşdırmalıdır?
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib