veten informasiya agentliyi

Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI

Tarix:Bu gün, 11:08
Baxış Sayı:9

Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI

"Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər".
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən dövlət orqanlarının, təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili nəzərdə tutulub:
"Proqrama görə, bu məhz 2026-cı ildə reallaşacaq. Proqrama əsasən, dəyişkən iş qrafikinin tətbiqi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, TƏBİB və Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən aparılan təhlillər yaxın zamanlarda tamamlanmalıdır. Bununla da, Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək siyahılara əsasən dəyişkən iş rejimi təşkil olunacaq".
Deputat bildirib ki, bir çox inkişaf etmiş ölkələrdə, xüsusilə Avropada dəyişkən iş rejimi artıq tətbiq olunur və bu model konkret nəticələr verir:
"Təhlillər göstərir ki, fərqli işə başlama saatları nəqliyyat yüklənməsini bölüşdürür və səhər-axşam pik vaxtlarda sıxlığı azaldır. Avropa təcrübəsi göstərir ki, dəyişkən iş qrafiki yol-nəqliyyat sıxlığını azaldır, ictimai nəqliyyatda yüklənməni bölüşdürür, işçi məhsuldarlığını artırır və şəhər infrastrukturuna düşən təzyiqi azaldır. Gözlənilir ki, 2026-cı ildə Azərbaycanda da dövlət proqramının tələblərinə uyğun olaraq fərqli sektorlarda iş saatlarının mərhələli şəkildə dəyişdirilməsi reallaşacaq. Bu modelə əsasən, bütün müəssisələr eyni saatda fəaliyyətə başlamayacaq və bu da nəqliyyat sıxlığına təsir göstərəcək".
V.Bayramovun fikrincə, dəyişkən iş qrafikinin tətbiqi nəqliyyat sıxlığını tam aradan qaldırmaq deyil, azaltmaq üçün tətbiq olunur. O, qeyd edib ki, nəqliyyatda sıxlığın aradan qaldırılması infrastrukturun genişləndirilməsi ilə yanaşı, oxşar digər dolayı tədbirlərin icrasından birbaşa asılıdır.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
İstanbul Bəyannaməsi Ermənistanı qorxutdu: Cənubi Qafqazda cəmi iki dövlət var?
İstanbul Bəyannaməsi Ermənistanı qorxutdu: Cənubi Qafqazda cəmi iki dövlət var?
Bakı-Qəbələ-Bakı qatarı Ucarda da dayanacaq
Bakı-Qəbələ-Bakı qatarı Ucarda da dayanacaq
Kənan Doğulu və həyat yoldaşı Beren Saat saxlanıldı
Kənan Doğulu və həyat yoldaşı Beren Saat saxlanıldı
Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
Ermənistanda zəlzələ oldu - Naxçıvanda hiss edildi
Ermənistanda zəlzələ oldu - Naxçıvanda hiss edildi
Paytaxtda qadın sürücü piyadanı vuraraq öldürdü
Paytaxtda qadın sürücü piyadanı vuraraq öldürdü