veten informasiya agentliyi

Avtomobil bazarında qiymətlər BAHALAŞIB

Tarix:9-06-2026, 10:39
Baxış Sayı:53

Avtomobil bazarında qiymətlər BAHALAŞIB


Azərbaycanda avtomobil bazarında qiymət artımı davam etsə də, son aylarda bahalaşmanın tempi nisbətən zəifləyib.
Hazırda ən çox qiymət artımı ikinci əl avtomobillər seqmentində müşahidə olunur.
Ümumi avtomobil bazarında qiymətlər ötən ilin sonu ilə müqayisədə təxminən 5-6 faiz artıb. Yeni avtomobillərdə bahalaşma daha məhdud olsa da, ikinci əl avtomobillərdə qiymət artımı 7-8 faiz civarında qiymətləndirilir.
Bazarda xüsusilə 15 min manatdan 30 min manatadək olan avtomobillərin qiymətlərində ciddi dəyişiklik qeydə alınıb. Belə ki, əvvəllər 15 min manata təklif olunan avtomobillər hazırda 16-17 min manata, 20 min manatlıq avtomobillər isə 21,5-23 min manata satılır. Eyni zamanda, 25 min manatlıq avtomobillərin qiyməti 27-28 min manata, 30 min manatlıq avtomobillərin qiyməti isə 32-33 min manata yüksəlib.
Qiymət artımına idxal xərclərinin yüksəlməsi, xaricdən gətirilən avtomobillərin bahalaşması və ikinci əl avtomobillərə tələbatın artması təsir göstərir. Bundan başqa, bazarda təklifin məhdud olması da qiymətlərin yüksəlməsinə səbəb olan amillər sırasındadır.
Hazırda ən çox bahalaşan avtomobillər sırasında ekonom sinif sedanlar, 2012-2018-ci il buraxılışlı ikinci əl nəqliyyat vasitələri və SUV modelləri yer alır. Bununla yanaşı, son günlər bazarda müəyyən durğunluq müşahidə olunur. Satış üçün təklif olunan avtomobillərin sayı artsa da, yüksək qiymətlər səbəbindən alqı-satqı əvvəlki dövrlərlə müqayisədə daha zəif həyata keçirilir.
Yaxın aylarda avtomobil bazarında qiymətlər yüksək səviyyədə qalacaq, lakin bahalaşmanın sürəti əvvəlki dövrlərlə müqayisədə daha aşağı ola bilər. //Milli.Az //

Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Sentyabrda hava necə olacaq? - Proqnoz
Sentyabrda hava necə olacaq? - Proqnoz
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş