![]()
![]()
![]()
![]()
![]()
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin VI siniflərində təhsil alan 9280 nəfər şagird 38 mərkəzdə monitorinqə cəlb olunub.
???? Monitorinq tədris dili, riyaziyyat və təbiət fənləri üzrə aparılıb. Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.
???? Monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, məktəblilərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.
???? Qeyd edək ki, bu il ilk dəfə olaraq monitorinq tapşırıqlarına açıq tipli suallar daxil edilib.