veten informasiya agentliyi

Təhsil Plus kartlarının ölkə üzrə ilk kütləvi təqdimatı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində həyata keçirilib

Tarix:Bu gün, 15:51
Baxış Sayı:8

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi üzrə ümumi təhsil müəssisələrində fəaliyyət göstərən bəzi təhsil işçilərinə TəhsilPlus kartlarının təqdimetmə mərasimləri keçirilib.
Tədbirdə Təhsilin İnkişafı Fondunun İdarə heyətinin rəhbəri Nicat Məmmədli, Kapital Bank-ın rəsmi nümayəndələri, Gəncə-Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, idarənin tabeliyində olan 6 rayon üzrə sektor müdirləri, region üzrə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin müəllimləri iştirak ediblər.
Tədbir zamanı təhsil işçilərinin sosial rifahının gücləndirilməsi, onlar üçün nəzərdə tutulan güzəşt və imtiyazlardan istifadə imkanlarının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, təhsil sahəsində çalışan şəxslərin sosial təminatının dəstəklənməsi istiqamətində həyata keçirilən layihələr müəllim nüfuzunun artırılması, onların motivasiyasının gücləndirilməsi və peşə fəaliyyətinin stimullaşdırılması baxımından mühüm rol oynayır. Eyni zamanda dövlət-özəl tərəfdaşlığı çərçivəsində reallaşdırılan bu kimi təşəbbüslərin təhsil işçiləri üçün yeni imkanlar yaratdığı diqqətə çatdırılıb.
Mərasim zamanı sertifikatlaşdırma imtahanlarında yüksək nəticə göstərən müəllimlərə TəhsilPlus kartları təqdim olunub.
Qeyd edək ki, TəhsilPlus kartı Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Mastercard” qlobal texnologiyalar şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Layihə təhsil işçiləri üçün əlavə sosial dəstək imkanlarının yaradılması, onların müxtəlif xidmətlərdən daha sərfəli şərtlərlə faydalanmasına şərait yaradılması və sosial rifahının yüksəldilməsinə töhfə vermək məqsədi daşıyır.

2025–2026-cı tədris ili üzrə yekun hesabatlarının dinlənilməsi məqsədilə iclas keçirilib
2025–2026-cı tədris ili üzrə yekun hesabatlarının dinlənilməsi məqsədilə iclas keçirilib
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində may ayı “həyat bilgisi-təbiət” aylığı elan edilmişdir
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində may ayı “həyat bilgisi-təbiət” aylığı elan edilmişdir
IV və VI sinif şagirdləri üçün təşkil olunacaq monitorinqlərdə imtahan rəhbəri olacaq əməkdaşlarla onlayn görüş keçirib
IV və VI sinif şagirdləri üçün təşkil olunacaq monitorinqlərdə imtahan rəhbəri olacaq əməkdaşlarla onlayn görüş keçirib
VI siniflərində monitorinq keçirilib
VI siniflərində monitorinq keçirilib
“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş intellektual yarışın zona mərhələsi keçirilib
“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş intellektual yarışın zona mərhələsi keçirilib
“Narkomaniyaya qarşı mübarizə sağlam həyat təminatıdır” mövzusunda seminar keçirilib
“Narkomaniyaya qarşı mübarizə sağlam həyat təminatıdır” mövzusunda seminar keçirilib
"Korrupsiya ilə əlaqədar hüquq pozmalar və hüquqi məsuliyyət" mövzusunda maarifləndirici tədbirlər keçirilir
Şagirdimiz beynəlxalq uğura imza atıb
Şagirdimiz beynəlxalq uğura imza atıb