veten informasiya agentliyi

Bakıda yeni söküntülər və abadlıq layihələri - Hansı ərazilər dəyişəcək?

Tarix:6-06-2026, 11:32
Baxış Sayı:44

Bakıda yeni söküntülər və abadlıq layihələri - Hansı ərazilər dəyişəcək?

Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir sıra ərazilərdə söküntü və abadlaşdırma işlərinin aparılması nəzərdə tutulur.
Proses Bakı şəhərinin 2040-cı ilədək Baş Planına uyğun şəkildə həyata keçirilir.
Bəs hansı ərazilərdə söküntü işlərinin aparılması planlaşdırılır?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, ilkin mərhələdə Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində yerləşən tikinti materialları bazarının və ətrafdakı kommersiya obyektlərinin sökülməsi gündəmdədir:
"Bundan başqa, Yasamal, Nərimanov, Nəsimi, Xətai, Sabunçu, Suraxanı və Binəqədi rayonlarında köhnə yaşayış fondunun yenilənməsi istiqamətində layihələr nəzərdən keçirilir.
Bayıl qəsəbəsi istiqamətində, Mərkəzi Parkın genişləndirilməsi ətrafında, eləcə də "Təzəpir" məscidi yaxınlığında müəyyən ərazilərdə yenidənqurma işlərinə başlanılıb. Zərgərpalan küçəsi və ətraf hissələrdə də abadlıq və infrastruktur layihələrinin icrası planlaşdırılır.
Şəhərin mərkəzində həyata keçirilməsi nəzərdə tutulan layihələrdən biri də Qış parkının genişləndirilməsi və onun Nizami küçəsi ilə əlaqələndirilməsidir. Layihə çərçivəsində yeni piyada keçidləri və ictimai məkanların yaradılması nəzərdə tutulur.
Bundan əlavə, Ceyhun Hacıbəyli küçəsində, vətəndaşların "Semaşko" kimi tanıdığı 1 saylı Kliniki Tibbi Mərkəzin ətrafında tramvay xəttinin yaradılması ilə bağlı infrastruktur işlərinin aparılması planlaşdırılır".
AQC sədri kompensasiya məsələsi ilə bağlı qeyd edib ki, əvvəllər bir sıra ərazilərdə hər kvadratmetr üçün 1 500 manat məbləğində ödəniş tətbiq edilirdisə, hazırda bəzi layihələr üzrə bu rəqəm 2 700 manata qədər yüksəlib:
"Bununla belə, vahid məbləğin müəyyənləşdirilməsi əvəzinə hər bir əmlak üzrə ayrıca qiymətləndirmə aparılması daha ədalətli yanaşma olardı.
Söküntüyə məruz qalan vətəndaşlara elə kompensasiya ödənilməlidir ki, onlar yaşadıqları əraziyə yaxın zonalarda yeni mənzil əldə edə bilsinlər. Bu, insanların şəhərin mərkəzi hissələrindən uzaqlaşmasının qarşısını almaqla yanaşı, sosial və iqtisadi tarazlığın qorunmasına da xidmət edər".

Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Sentyabrda hava necə olacaq? - Proqnoz
Sentyabrda hava necə olacaq? - Proqnoz
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş