veten informasiya agentliyi

Bu ölkənin Rusiya ilə sərhədində uzun növbə: Səbəbi nədir?

Tarix:4-06-2026, 10:59
Baxış Sayı:50

Bu ölkənin Rusiya ilə sərhədində uzun növbə: Səbəbi nədir?

Rusiya-Estoniya sərhədində yerləşən “Narva-1” buraxılış məntəqəsindən keçidi sürətləndirmək hazırda mümkün deyil.
Bunu Estoniyanın daxili işlər naziri İqor Taro bildirib.
Onun sözlərinə görə, sərhəd-keçid məntəqəsində yaranan uzun növbələr gömrük xidmətinin həyata keçirdiyi gücləndirilmiş yoxlamalarla bağlıdır. Nazir qeyd edib ki, bu tədbirlər Rusiyaya sanksiyalara məruz qalan malların çıxarılmasının qarşısını almaq məqsədi daşıyır.
İqor Taro vurğulayıb ki, Daxili İşlər Nazirliyi gömrük xidmətinin fəaliyyətinə cavabdeh deyil və yoxlamaların sürətinə təsir göstərə bilməz. O, həmçinin Estoniya Xarici İşlər Nazirliyinin vətəndaşlara Rusiyaya səfərlərdən çəkinməyi tövsiyə etdiyini xatırladıb.
Nazirin sözlərinə görə, “Narva-1” keçid məntəqəsinin yerləşdiyi ərazi xüsusiyyətləri səbəbindən növbədə gözləyən şəxslərin binanın daxilində yerləşdirilməsi və onlar üçün əlavə istirahət yerlərinin yaradılması mümkün deyil.
Taro əlavə sərhəd-keçid məntəqələrinin açılması və ya avtobus sərnişinləri üçün ayrıca nəzarət mexanizminin tətbiqi ilə bağlı təklifləri də rədd edib.
O bildirib ki, belə addım atılarsa, digər əməkdaşlar Narvaya cəlb edilməli olacaq ki, bu da əsas keçid məntəqəsinin fəaliyyətini daha da ləngidə bilər.
Qeyd edək ki, Estoniya hakimiyyəti Rusiya ilə sərhəddə yerləşən quru keçid məntəqələrinin xüsusi iş rejimini uzadıb və “Narva-1” məntəqəsinin iş vaxtını sutkada 12 saata endirib. Hazırda keçid məntəqəsi yerli vaxtla saat 07:00-dan 19:00-dək fəaliyyət göstərir.

Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Sentyabrda hava necə olacaq? - Proqnoz
Sentyabrda hava necə olacaq? - Proqnoz
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş