veten informasiya agentliyi

Yayda edilən qidalanma səhvləri təhlükə yaradır

Tarix:28-05-2026, 15:37
Baxış Sayı:50

Yayda edilən qidalanma səhvləri təhlükə yaradır


Havanın istiləşməsi ilə insanların qidalanma vərdişləri də dəyişir. Lakin bu mövsümdə edilən bəzi yanlış seçimlər ciddi sağlamlıq problemlərinə yol aça bilər.
Mütəxəssislər yay aylarında ən çox rast gəlinən qidalanma səhvlərinin ağır və yağlı xörəklərə üstünlük verilməsi, orqanizmin susuz qoyulması və şəkərli içkilərin həddindən artıq istehlakı olduğunu bildirirlər.
Qeyd olunur ki, isti havalarda bədənin çox maye itirməsi halsızlıq, baş ağrısı və həzm pozuntularına yol açır. Bu səbəbdən gün ərzində kifayət qədər təmiz su qəbul etmək həyati əhəmiyyət kəsb edir.
Mütəxəssislər, həmçinin, yayda açıq havada uzun müddət qalan qidaların zəhərlənmə riskini kəskin artırdığına diqqət çəkirlər. Xüsusilə süd məhsulları, ət və mayonezli yeməklərin soyuq şəraitdə saxlanılması tövsiyə olunur.
Dietoloqlar yay aylarında mövsümi tərəvəzlərə, meyvələrə və yüngül qidalara üstünlük verilməsini, qazlı, eləcə də şəkərli içkilərdən istifadənin isə minimuma endirilməsini məsləhət görürlər.

Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Sentyabrda hava necə olacaq? - Proqnoz
Sentyabrda hava necə olacaq? - Proqnoz
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş