veten informasiya agentliyi

Şəhid atasına " Əmək veteranı" vəsiqəsi təqdim olundu

Tarix:23-05-2026, 11:33
Baxış Sayı:44

Şəhid atasına " Əmək veteranı" vəsiqəsi təqdim olundu
Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı Xəlilli kənd tam orta ümumtəhsil məktəbində evladı Vətən uğrunda şəhid olmuş, uzun illər təhsil sahəsində fəailiyyət göstərmiş, təqaüddə olan Müseibov Şakir müəllimlə səmimi görüş keçirildi. Görüşdə İsmayıllı Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədli, ETİHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, məktəb kollektivi və valideynlər iştirak etdilər.Görüş zamanı Şakir müəllimin gənc nəslin yetişməsində göstərdiyi xidmətlər və şəhid evladı Ülvi Müseyibovun 44 günlük Vətən müharibəsində göstərdiyi döyüş qəhrəmanlığı ehtiramla yad edildi. Kollektiv adından Şakir müəllimə dərin minnətdarlıq ifadə olundu, şəhidlərimizin əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacağı vurğulandı. Görüşdə Şakir müəllimin həyatı və pedaqoji fəailiyyəti haqqında xoş xatirələr bölüşüldü , ona sağlamlıq və mənəvi güc arzulandı. Görüşdə iştirak edən qonaqlar belə görüşlərin həm şəhid ailələrinə diqqət və qayğının göstəricisi , həm də gənc nəslə vətənpərvərlik ruhunun aşılanması baxımından böyük əhəmiyyət daşıdığını bildirdilər. Sonra uzun illər təhsil sahəsində səmərəli fəailiyyətinə görə Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş "Əmək veteranı" vəsiqəsi və ETİHİ Rayon Komitəsinin xatırə hədiyyəsi Şakir Müseyibova təntənəli şəkildə təqdim olundu. Göstərilən bu diqqətə görə Şakir müəllim kollektivə və qonaqlara minnətdarlığını bildirdi.
Bütün təhsil ictimaiyyəti adından Şakir müəllimi təbrik edirik, ona möhkəm sağlamlıq , səbr və xoş istirahət arzulayırıq.

Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu
Türkiyənin bu ölkə ilə hərbi yaxınlaşması İsraildə narahatlıq yaratdı
Türkiyənin bu ölkə ilə hərbi yaxınlaşması İsraildə narahatlıq yaratdı
IV Şuşa Qlobal Media Forumu başa çatıb.
IV Şuşa Qlobal Media Forumu başa çatıb.
Füzulidə minalanmış ərazidə yanğın baş verib
Füzulidə minalanmış ərazidə yanğın baş verib
Venesuelada faciə qurbanlarının sayı 4490 nəfərə çatdı
Venesuelada faciə qurbanlarının sayı 4490 nəfərə çatdı
Şəmkirdə FACİƏ: 38 yaşlı qadın elektrik cərəyanının qurbanı oldu
Şəmkirdə FACİƏ: 38 yaşlı qadın elektrik cərəyanının qurbanı oldu
AQTA Gəncədəki zəhərlənmə ilə bağlı araşdırma başlatdı
AQTA Gəncədəki zəhərlənmə ilə bağlı araşdırma başlatdı