veten informasiya agentliyi

DTX-nin tutduğu şəxsə cəza verildi

Tarix:22-05-2026, 12:28
Baxış Sayı:55

DTX-nin tutduğu şəxsə cəza verildi


Bakı şəhəri Səbail Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 233-4.2.3 və 273.4-cü maddələri ilə təqsirləndirilən İmamverdiyev Etibar Oktay oğlunun 6 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair hökm çıxarıb.
Transmilli şəbəkə vasitəsi ilə Azərbaycan ərazisi üzərində qanunsuz beynəlxalq telekommunikasiya xidmətləri təşkil etməsi Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən üzə çıxarılan, beynəlxalq axtarışa verilən Etibar İmamverdiyev xarici ölkədə saxlanılıb, uzun sürən hüquqi prosedurlardan sonra Azərbaycana ekstradisiya edilib.
Müəyyən edilib ki, E. İmamverdiyev əlaqəsində olan digər şəxsləri cəlb edərək xüsusi qurğular vasitəsilə ölkədəki telekommunikasiya şəbəkəsinə gizli qoşulub, mobil operatorların SIM kartlarından istifadə etməklə xaricdən gələn telefon zənglərini internet üzərindən yerli şəbəkəyə dolayı yollarla istiqamətləndirib.
Müvafiq üsulla dövlət nəzarətindən kənar davamlı qanunsuz beynəlxalq rabitə xidməti təşkil edib.
E.İmamverdiyev, dövlət əhəmiyyətli infrastrukturun kompüter sisteminə müdaxilə edib və məlumatları dəyişdirib.
Məhkəmə baxışı zamanı məlum olub ki, istintaq materiallarına əsasən dövlət təhlükəsizliyinə təhdid yaradan bu əməllər nəticəsində həmçinin Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) "AzInTelecom" şirkətinə əhəmiyyətli maddi ziyan dəyib.

Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Sentyabrda hava necə olacaq? - Proqnoz
Sentyabrda hava necə olacaq? - Proqnoz
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş