veten informasiya agentliyi

Bakı-Tbilisi-Bakı qatarlarının tutumu 118 nəfər olacaq

Tarix:Bu gün, 12:10
Baxış Sayı:10

Bakı-Tbilisi-Bakı qatarlarının tutumu 118 nəfər olacaq

Mayın 26-da Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarlarının fəaliyyəti bərpa olunacaq.
Bakı–Tbilisi–Bakı marşrutu üzrə ADY-nin yataq tipli vaqonlardan ibarət müasir qatarları hərəkət edəcək.
Marşrut üzrə qatarlarda sərnişinlərə komfort, komfort+ və lüks olmaqla üç sinif üzrə xidmət göstəriləcək.
Qatar 1 ədəd “Lüks” sinif, 1 ədəd qarışıq “Lüks” və “Komfort+” sinif, 3 ədəd “Komfort” sinif və 1 ədəd vaqon-restoran olmaqla 6 vaqondan ibarətdir və ümumi sərnişin tutumu 118 nəfər təşkil edir. “Komfort” sinif üzrə vaqonda 1 ədəd kupe hərəkəti məhdud sərnişinlər üçün nəzərdə tutulub.
Bundan başqa, 1 ədəd qarışıq “Lüks” və “Komfort+” sinif üzrə vaqonda kupelər xüsusi arakəsmə ilə ayrılıb. Ailə və qrup səfərləri zamanı istəyə uyğun olaraq həmin arakəsmə açılaraq vahid kupe halına salına bilər.
İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan vaqonlar yeni nəsil təhlükəsizlik texnologiyası və bir sıra innovativ mexanizmlərlə təchiz edilib.
Lüks sinif üzrə kupelər iki nəfərlikdir və hər biri masa, televizor, duş kabinəsi və sanitar qovşaqla təmin olunub. Eyni zamanda, komfort+ sinif üzrə kupelər iki nəfərlikdir və hər bir kupe televizor, masa və əlüzyuyanla təmin edilib. Komfort sinif üzrə kupelər dörd nəfərlikdir və hər birində televizor var.
Komfort və Komfort+ vaqonlarda sərnişinlərin istifadəsi üçün ümumi, lüks vaqonlarda isə hər kupe üçün ayrıca duş kabinəsi və sanitar qovşaq mövcuddur.
Kupelər fərdi tənzimlənən temperatur və işıqlandırma sistemi, bələdçi ilə əlaqə düyməsi, səs izolyasiyası ilə təmin olunub. Həmçinin şəxsi əşyalar üçün kart sistemi ilə çalışan seyf, elektrik yuvaları, internet, dörd dildə məzmunun təqdim edildiyi TV monitor, pult və qulaqlıq yerləri mövcuddur.
Sərnişinlərə təmiz yataq dəsti, səfər paketi (komfort sinif üzrə nəm və quru salfet, diş dəsti (məcun və fırça), əl dəsmalı, yataq dəsti, su, tərlik; komfort+ sinif üzrə nəm və quru salfet, yuxu maskası, diş dəsti (məcun və fırça), əl dəsmalı, yataq dəsti, su, tərlik, dabankeş; lüks sinif üzrə nəm və quru salfet, yuxu maskası, diş dəsti, gigiyenik dəst, dabankeş, su, tərlik, şampun, duş geli, əl və bədən dəsmalı, yataq dəsti) təqdim olunacaq.

Heydərova Akifə Sabir qızının çalışmanın son yaş həddi 65 yubiley yaşının tamam olması münasibətilə tədbir keçirildi
Heydərova Akifə Sabir qızının çalışmanın son yaş həddi 65 yubiley yaşının tamam olması münasibətilə tədbir keçirildi
Kirayə mənzil bazarında son durum: Qiymətlər necədir?
Kirayə mənzil bazarında son durum: Qiymətlər necədir?
Rusiya Ermənistana xəbərdarlıq etdi: İki toyda birdən oynamaq mümkün deyil
Rusiya Ermənistana xəbərdarlıq etdi: İki toyda birdən oynamaq mümkün deyil
Bakı-Tbilisi-Bakı qatarlarının tutumu 118 nəfər olacaq
Bakı-Tbilisi-Bakı qatarlarının tutumu 118 nəfər olacaq
Türkiyəyə də quru yolla gedə biləcəyik: ucuz qiymətə! - Açıqlama
Türkiyəyə də quru yolla gedə biləcəyik: ucuz qiymətə! - Açıqlama
Qabiliyyət imtahanlarına qeydiyyat başlayır
Qabiliyyət imtahanlarına qeydiyyat başlayır
​Dünyanın ən nadir pasportu - Cəmi 500 nəfərdə var
​Dünyanın ən nadir pasportu - Cəmi 500 nəfərdə var
Mayın 24-də imtahan keçiriləcək
Mayın 24-də imtahan keçiriləcək