veten informasiya agentliyi

Evin zirzəmisindən 350 kilo qızıl tapdılar

Tarix:Dünən, 13:34
Baxış Sayı:10

Evin zirzəmisindən 350 kilo qızıl tapdılar


İstanbulda aparılan çirkli pulların yuyulması və saxta ixracat təhqiqatı çərçivəsində hazırlanan ittihamnamə ilə şok faktların üstü açılıb. Bakırköydəki villalardan birinin anbarında 2 milyard 330 milyon türk lirəsi dəyərində 350 kiloqram qızıl ələ keçirilib.
Türkiyənin ən böyük sənaye müəssisələri arasında yer alan İstanbul Qızıl Affinajı Şirkətinin (İAR) İdarə Heyətinin sədri Özcan Halaç və Baş direktoru Ayşen Esen də daxil olmaqla 20 nəfər dövlət qurumlarını aldatmaq, cinayətkar şəbəkə yaratmaq və çirkli pulları yumaq ittihamı ilə ötən ilin oktyabrında həbs edilib. Təhqiqat materiallarına görə, Özcan Halaç saxlanıldıqdan dərhal sonra şirkətin anbarlarından çıxarılan yüzlərlə kiloqram qızıl gizli şəkildə başqa ünvana daşınıb.
Məlumata görə, əməliyyatdan sonra şirkətin sürücüləri Ersin Koç ve Zekai Çabuk qurumun anbarından 350 kiloqram qızılı maşına yükləyiblər. Qızıllar Özcan Halaçın həyat yoldaşı Zeynep Başak Halaçın xalasının Bakırköydəki villasına aparılaraq anbara yerləşdirilib. Sürücülər ifadələrində tapşırığı qondarma şirkətlər üzərindən şəxsiyyətini xatırlamadıqları bir nəfərdən aldıqlarını iddia ediblər.
Şübhəli şəxslərdən Zeynep Başak Halaç həmin qızılların xalasına məxsus olduğunu və yoldaşında əmanət qaldığını irəli sürüb. Ev sahibi Nurten Korkmaz isə mülkün rəhmətlik atasından qalan miras olduğunu iddia edib. Lakin prokurorluq bu müdafiəni cinayətdən yayınmaq və milyardlıq qızılın müsadirə olunmasının qarşısını almaq cəhdi kimi qiymətləndirib və ev sahibi barəsində də uzunmüddətli həbs cəzası tələb edib.
Cinayətkar şəbəkənin qurduğu fırıldaqçılıq sisteminin detalları da məlum olub. Şirkət işçilərinin adına açılan 24 qondarma firma üzərindən Dubay mərkəzli şirkətə qızıl tərkibli kimyəvi maye ixrac edildiyi barədə saxta sənədlər hazırlanıb. Ümumilikdə 543 milyon 634 min dollarlıq saxta ixracat bəyan edilərək dövlətdən 12,5 milyon dollar haksız təşviq alınıb. Hazırda ev dustqlığında olan Özcan Halaç üçün 121 ildən 839 ilə qədər həbs cəzası istənilir.
Maliyyə Cinayətlərini Araşdırma Qurumunun (MASAK) hesabatı şirkətin hesablarındakı qeyri-adi nağd pul hərəkətlərini üzə çıxarıb. Müəssisənin ümumi pul dövriyyəsinin son iki ildə kəskin artaraq 2,3 trilyon türk lirəsi səviyyəsinə yüksəldiyi sənədlərdə yer alıb. Prokurorluq bu nəhəng artımın çirkli pulların yuyulması trafikinin miqyasını göstərdiyini qeyd edib.

Daşkənd Dövlət Tibb Universitetinin nümayəndə heyəti ilə ATU-da rektorun görüşü keçirilib
Daşkənd Dövlət Tibb Universitetinin nümayəndə heyəti ilə ATU-da rektorun görüşü keçirilib
Azərbaycanda ən çox maaşı hansı sahədə işləyənlər alırlar?
Azərbaycanda ən çox maaşı hansı sahədə işləyənlər alırlar?
"Dünyada bir milyard insan qanunsuz tikililərdə yaşayır" - BMT rəsmisi
Günay Əliyevaya vəzifə verildi
Günay Əliyevaya vəzifə verildi
Tramp ailəsi artıq toxunulmazdır – YENİ QƏRAR
Tramp ailəsi artıq toxunulmazdır – YENİ QƏRAR
Evin zirzəmisindən 350 kilo qızıl tapdılar
Evin zirzəmisindən 350 kilo qızıl tapdılar
Azərbaycanda pensiya kapitalı birdəfəyə veriləcək?
Azərbaycanda pensiya kapitalı birdəfəyə veriləcək?
Qanunsuz tikililərə sənəd veriləcək? - Nazir AÇIQLADI
Qanunsuz tikililərə sənəd veriləcək? - Nazir AÇIQLADI