veten informasiya agentliyi

“Şahin” hərbi-idman oyununun zona birinciliyi keçirilmişdir

Tarix:19-05-2026, 22:31
Baxış Sayı:49

“Şahin” hərbi-idman oyununun zona birinciliyi keçirilmişdir

19 may 2026-cı il tarixində ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı İsmayıllı şəhər E.Məmmədov adına 3 saylı məktəb-liseydə Dağlıq Şirvan iqtisadi rayonuna daxil olan rayonların “Şahin” hərbi-idman oyununun rayon birinciliyində qalib gəlmiş komandalarının iştirakı ilə “Şahin” hərbi-idman oyununun zona birinciliyi keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi və idarənin əməkdaşları, YAP-ın İsmayıllı rayon təşkilatının sədri, İsmayıllı rayon Təhsil sektorunun müdiri, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon komitəsinin sədri, FHN-nin İsmayıllı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları, SHXÇDX-nın əməkdaşları, şəhid valideynləri, məktəblərin hərbi və idman müəllimləri, İsmayıllı, Ağsu, Şamaxı və Qobustan rayonlarının komandaları iştirak ediblər.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda şəhadətə ucalmış şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Coşqun Hidayətov, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon komitəsinin sədri Hafiz Kərimov, Şəhid polkovnik-leytenant Ruslan Tağıyevin atası Fuad Tağıyev çıxış edərək “Şahin” hərbi-idman oyununun zona mərhələsində iştirak edən komandalara uğurlar arzulayıblar.
“Şahin” hərbi-idman oyunlarının keçirilməsində əsas məqsəd məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanması, gənclərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə edilməsi, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin olunmasına kömək göstərmək, “Şanlı Zəfər” tarixini təbliğ etməkdən ibarətdir.
Hakimlərin yekun protokoluna əsasən:
I yer: “İsmayıllı” rayon komandası
II yer: “Qobustan” rayon komandası
III yer: “Ağsu” rayon komandası
Yarışda I, II, III yeri tutan komandalar Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplomları, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon komitəsi tərəfindən isə kubokla mükafatlandırılıb.

Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş

Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu

Türkiyənin bu ölkə ilə hərbi yaxınlaşması İsraildə narahatlıq yaratdı

IV Şuşa Qlobal Media Forumu başa çatıb.
IV Şuşa Qlobal Media Forumu başa çatıb.
Füzulidə minalanmış ərazidə yanğın baş verib

Venesuelada faciə qurbanlarının sayı 4490 nəfərə çatdı

Şəmkirdə FACİƏ: 38 yaşlı qadın elektrik cərəyanının qurbanı oldu

AQTA Gəncədəki zəhərlənmə ilə bağlı araşdırma başlatdı