veten informasiya agentliyi

Yeni nəsil şəxsiyyət vəsiqəsi sahiblərinin nəzərinə: Ödənişdə problem yaşaya bilərsiniz

Tarix:16-05-2026, 14:08
Baxış Sayı:40

Yeni nəsil şəxsiyyət vəsiqəsi sahiblərinin nəzərinə: Ödənişdə problem yaşaya bilərsiniz


Bakı Dəmiryol Vağzalı, Sumqayıt Dəmiryol Vağzalı və "Koroğlu" dayanacağındakı turniketlərdən keçərkən üztanıma ilə ödəniş sistemindən istifadə etmək üçün şərait yaradılıb.
Bu sistemdən istifadə etmək üçün qeydiyyatdan keçmək istəyən bəzi vətəndaşlar çətinliklə üzləşiblər.
Bununla bağlı Oxu.az-ın qaynar xəttinə müraciət ünvanlayan sakinlər yeni nəsil şəxsiyyət vəsiqəsi ilə sistemdə qeydiyyatdan keçmək mümkün olmadığını bildirib.
Onlar bildiriblər ki, "ADY Mobile" mobil tətbiqində "Üztanıma ilə keçin" bölməsinə daxil olaraq bu xidmətdən yararlanmaq istəyəndə qeydiyyat prosesində yeni nəsil vəsiqələrin seriya nömrəsinə uyğun bölmə yaradılmayıb:
Yeni nəsil şəxsiyyət vəsiqəsi sahiblərinin nəzərinə: Ödənişdə problem yaşaya bilərsiniz
"Şəxsiyyət vəsiqəsiylə qeydiyyatdan keçmək istəyəndə orada ancaq AA və AZE olan seriya nömrəsini seçmək mümkündür. Yeni nəsil vəsiqələr isə AB seriyalıdır. Bu seriya isə siyahıya əlavə olunmayıb. Xidmətdən yararlanmaq üçün biz nə edək?"
Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən bildirilib ki, hazırda sözügedən məsələ ilə bağlı sistemdə iş aparılır:
"Yaxın günlərdə AB seriyası da siyahıya əlavə ediləcək, hazırda bununla bağlı sistemdə iş aparılır".

Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Sentyabrda hava necə olacaq? - Proqnoz
Sentyabrda hava necə olacaq? - Proqnoz
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş