veten informasiya agentliyi

Taksidən istifadə edən sərnişinlərin NƏZƏRİNƏ

Tarix:15-05-2026, 12:24
Baxış Sayı:49

Taksidən istifadə edən sərnişinlərin NƏZƏRİNƏ


“Taksi sürücülərinin şikayət etdiyi sərnişin minib-düşmə məntəqələrinin azlığı məsələsi çox ciddi mövzudur. Lakin burada müxtəlif maraqlar arasında balans qorunmalıdır. Hər yerdə avtomobil saxlamağa icazə vermək qeyri-mümkündür”.
Bu barədə “Report”a müsahibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.
Agentlik rəhbəri qeyd edib ki, hazırda avtobus və velosiped zolaqlarının çəkilməsi ilə əlaqədar bir sıra məhdudiyyətlər yaransa da, artıq şəhərin 16 küçə və prospektində 28 xüsusi minib-düşmə məntəqəsi istifadəyə verilib. Lakin o, ictimai nəqliyyatın intervalının hər şeydən vacib olduğunu vurğulayıb:
“Əgər avtobusun intervalı üç dəqiqədirsə, onun zolağında bir taksinin hətta 15-20 saniyə dayanması qrafikin pozulmasına səbəb olur. Biz ya ictimai nəqliyyatın hərəkət intervalını prioritet saxlamalıyıq, ya da hər nöqtədə sərnişin düşürməsinə şərait yaradaraq sistemi iflic etməliyik. Bu, kompromis tələb edən məsələdir”.
Anar Rzayev taksi xidmətindəki problemlərin həllində sərnişinlərin də üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. O, bəzi vətəndaşların qeyri-real tələblərinin sürücüləri qayda pozmağa məcbur etdiyini bildirib:
“Bəzən vətəndaşlar “məhz burada məni düşürməlisən” və ya “tam dayandığım nöqtəyə gəlməlisən” deyərək sürücüləri çətin vəziyyətə salırlar. Elə məkanlar var ki, ora avtomobillə yaxınlaşmaq mümkün deyil. Vətəndaşlarımızdan xahiş edirik ki, sürücülərə anlayışla yanaşsınlar”.
Sürücülərin peşəkarlıq səviyyəsinə toxunan AYNA sədri qeyd edib ki, bu günə qədər 67 min sürücü xüsusi təlimlərdə iştirak edib:
“Həmin sürücülər dərs oxuyub, Dövlət İmtahan Mərkəzində imtahan verərək fəaliyyətə başlayıblar. Onlar böyük əmək sərf edirlər və gün ərzində kifayət qədər çətin şəraitdə çalışırlar. Sərnişinlərin ‘nöqtəbənöqtə’ tələbləri azalarsa, sürücülər üçün də qaydalar çərçivəsində işləmək daha rahat olar”.
Sonda bildirilib ki, AYNA balanslı həll yollarının tapılması və taksilərin dayanması üçün şəraitin daha da yaxşılaşdırılması istiqamətində işləri davam etdirir.

Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu
Türkiyənin bu ölkə ilə hərbi yaxınlaşması İsraildə narahatlıq yaratdı
Türkiyənin bu ölkə ilə hərbi yaxınlaşması İsraildə narahatlıq yaratdı
IV Şuşa Qlobal Media Forumu başa çatıb.
IV Şuşa Qlobal Media Forumu başa çatıb.
Füzulidə minalanmış ərazidə yanğın baş verib
Füzulidə minalanmış ərazidə yanğın baş verib
Venesuelada faciə qurbanlarının sayı 4490 nəfərə çatdı
Venesuelada faciə qurbanlarının sayı 4490 nəfərə çatdı
Şəmkirdə FACİƏ: 38 yaşlı qadın elektrik cərəyanının qurbanı oldu
Şəmkirdə FACİƏ: 38 yaşlı qadın elektrik cərəyanının qurbanı oldu
AQTA Gəncədəki zəhərlənmə ilə bağlı araşdırma başlatdı
AQTA Gəncədəki zəhərlənmə ilə bağlı araşdırma başlatdı