veten informasiya agentliyi

DİM bu tarixdə imtahan keçirəcək

Tarix:15-05-2026, 12:22
Baxış Sayı:53

DİM bu tarixdə imtahan keçirəcək


Mayın 24-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.
Bununla bağlı Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.
Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
İmtahan iştirakçıları dim.gov.az saytı ilə yanaşı, my.gov.az portalı və ya “mygov” mobil tətbiqi vasitəsilə də Dövlət İmtahan Mərkəzinin “Namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi” xidmətindən istifadə edərək “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Qeyd olunub ki, imtahanlar saat 10:00-da başlanır, 09:45-dən sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
İmtahan qaydaları ilə daha ətraflı “Yaddaş kitabçası”nda tanış olmaq mümkündür.

Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu
Türkiyənin bu ölkə ilə hərbi yaxınlaşması İsraildə narahatlıq yaratdı
Türkiyənin bu ölkə ilə hərbi yaxınlaşması İsraildə narahatlıq yaratdı
IV Şuşa Qlobal Media Forumu başa çatıb.
IV Şuşa Qlobal Media Forumu başa çatıb.
Füzulidə minalanmış ərazidə yanğın baş verib
Füzulidə minalanmış ərazidə yanğın baş verib
Venesuelada faciə qurbanlarının sayı 4490 nəfərə çatdı
Venesuelada faciə qurbanlarının sayı 4490 nəfərə çatdı
Şəmkirdə FACİƏ: 38 yaşlı qadın elektrik cərəyanının qurbanı oldu
Şəmkirdə FACİƏ: 38 yaşlı qadın elektrik cərəyanının qurbanı oldu
AQTA Gəncədəki zəhərlənmə ilə bağlı araşdırma başlatdı
AQTA Gəncədəki zəhərlənmə ilə bağlı araşdırma başlatdı