veten informasiya agentliyi

Səhiyyə Nazirliyi WUF13-lə bağlı görülən işləri açıqladı

Tarix:15-05-2026, 12:19
Baxış Sayı:52

Səhiyyə Nazirliyi WUF13-lə bağlı görülən işləri açıqladı


Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) tibbi təminatını həyata keçirəcək tibb müəssisələrinə yerində baxış keçirilib, rəhbərlikləri ilə görüş zamanı şərait, maddi-texniki baza və heyətin ilkin hazırlığı qiymətləndirilib.
Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, bu tibb müəssisələri Bakı Sağlamlıq Mərkəzi, Milli Oftalmologiya Mərkəzi, Mərkəzi Klinika, Liv Bona Dea, İnternational Medical Centre (Baku Medical Plazanın Babək filialı) və Məlhəm Hospitaldır.
Məsələ ilə əlaqədar tibb müəssisələri tərəfindən koordinatorlar təyin edilib.
Bildirilib ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan bir sıra müəssisələr də, yəni Yeni Klinika, Kliniki Tibbi Mərkəz, Mərkəzi Neftçilər Xəstəxanası, Məhəmmədi Modul Tipli Xəstəxana, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tibbi yardımın göstərilməsi ilə bağlı tədbirə cəlb olunub.
Tədbirin keçiriləcəyi məkanda işin təşkili və koordinasiyası məqsədi ilə Səhiyyə Nazirliyinin əməkdaşları ayrılıb.
Tədbirlə bağlı zəruri olan tibbi avadanlıq, dərman preparatları və tibbi ləvazimatlara olan tələbat müəyyənləşdirilib və təmin edilib.
Həmçinin Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrindən tədbir zamanı yaradılan tibb məntəqələrində, zəruri olduğu halda tibbi xidmətin göstərilməsi üçün həkim və orta tibb işçisi ayrılacaq.
Sanitariya-gigiyena nəzarəti sahəsində tədbirlərin görülməsi məqsədilə qonaqların kütləvi toplaşdıqları məkanlarda (tədbir məkanları və digər) mütəmadi dezinfeksiya işlərinin aparılması, ictimai iaşə müəssisələrində, mehmanxanalarda, restoranlarda birgə monitorinqlərin keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası bu il mayın 17–22-də Bakı şəhərində keçiriləcək. Dayanıqlı şəhərlərin inkişafına həsr olunan bu mötəbər tədbir şəhərsalma, ətraf mühitin mühafizəsi və iqlim dayanıqlılığı məsələləri üzrə qlobal dialoq və əməkdaşlıq üçün mühüm beynəlxalq platformadır.

Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Rusiyaya dron hücumlarını məşhur ukraynalı reper təşkil edirmiş
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu
Türkiyənin bu ölkə ilə hərbi yaxınlaşması İsraildə narahatlıq yaratdı
Türkiyənin bu ölkə ilə hərbi yaxınlaşması İsraildə narahatlıq yaratdı
IV Şuşa Qlobal Media Forumu başa çatıb.
IV Şuşa Qlobal Media Forumu başa çatıb.
Füzulidə minalanmış ərazidə yanğın baş verib
Füzulidə minalanmış ərazidə yanğın baş verib
Venesuelada faciə qurbanlarının sayı 4490 nəfərə çatdı
Venesuelada faciə qurbanlarının sayı 4490 nəfərə çatdı
Şəmkirdə FACİƏ: 38 yaşlı qadın elektrik cərəyanının qurbanı oldu
Şəmkirdə FACİƏ: 38 yaşlı qadın elektrik cərəyanının qurbanı oldu
AQTA Gəncədəki zəhərlənmə ilə bağlı araşdırma başlatdı
AQTA Gəncədəki zəhərlənmə ilə bağlı araşdırma başlatdı